Böyük Çin səddi ilə bağlı 10 maraqlı fakt

Böyük Çin səddi ilə bağlı 10 maraqlı fakt
30 avqust 2023
# 21:00

Kulis.az Böyük Çin səddi ilə bağlı 10 maraqlı faktı təqdim edir.

1. Böyük Çin səddinin ümumi uzunluğu 21196,18 km-dir.

O dünyada insan əli ilə yaradılmış ən böyük layihədir. Çinin şərqindəki dəniz sahilindən ölkənin şimalındakı qərb səhrasına qədər dağları və yaylaları enib qalxaraq əjdaha kimi dolanan tam marşrutun uzunluğu 20.000 km-dən çoxdur.

2. Şərqdən Qərbə 15 strateji keçid var.

Böyük Çin səddi şərqdə Bohay dənizindən 2500 kilometr uzaqlıqda olan qərbdəki Qobi səhrasına qədər 15 şimal Çin əyalətini, bələdiyyə və muxtar bölgələri əhatə edir. Marşrut boyu 15 coğrafi əhəmiyyətli keçid tikilib.

Çin Səddi Haqqında Ən Maraqlı 10 Fakt - maraqli xeberler maraqli videolar
3. Çin səddinin inşası 2000 ildən çox çəkib.

Çinin ilk imperatoru Tsin Şihuandi eramızdan əvvəl 220-ci ildə qədim istehkamların, divarların və torpaq işlərinin qalıqlarını götürərək onları vahid divara birləşdirdi.

Bu şəkildə bizim eramızın 1539-cu ilində döyəclənmiş lesdən tikilmiş "Böyük səddin ilk pirsi" (körpüsü) təsvir edilmişdir.

4. Bu divar deyil, sıra halında istehkamlardır.

Böyük Çin səddi bir strukturlu divar deyil, o, mayak qüllələri, maneələr, kazarmalar, qarnizon məntəqələri və divarlar boyunca yerləşən qalaları özündə birləşdirərək vahid müdafiə sistemi təşkil edir.

5. Böyük Çin səddinin tikintisi üçün müxtəlif materiallardan istifadə olunub.

Bu, müxtəlif materiallardan tikilmiş nəhəng bir abidədir. Bu gün gördüyümüz hissələrin əksəriyyəti kərpic və yonulmuş daş bloklarla tikilmiş, kərpicləri bir-birinə bağlamaq üçün isə əhəng məhlulu istifadə edilmişdir.

Kərpic və blokların olmadığı yerlərdə yerli materiallardan sıxılmış torpaq, yonulmamış daş və ağacdan istifadə olunub.

Çin Səddi Haqqında Ən Maraqlı 10 Fakt
6. Dənizdən şərq başlanğıcı: Şanxay keçidi.

Şanxay keçidi Min sülaləsi (1368-1644) dövründə tikilmiş qala idi və Çinin şərqindəki birinci keçiddir. Bohai körfəzindəki Sinxuandao şəhərindən kənarda və Pekindən 305 km məsafədə yerləşir. Strateji yeri nəzərə alınaraq, "Cənnət altındakı ilk keçid” kimi tanınır.

7. Qobi səhrasının qərb ucu: Jiayu keçidi.

Jiayu keçidi Min sülaləsi dövründə Böyük Çin Səddinin qərb ucunda ilk sərhəd qalası olması ilə mışhurdur. Jiayu Böyük Çin Səddi üzərindəki yüzlərlə keçidlərdən günümüzə qədər ən yaxşı qorunmuş olanlardan biridir.

8. Qədim məhəbbət hekayəsi: xanım Menszyan haqqında əfsanə.

Qədim Çinin dörd ən böyük sevgi əfsanəsindən biridir. Xanım Menszyanın əri Böyük Səddi tikməyə göndərilib və ondan heç bir xəbər gəlmir. Ona qış paltarı aparmaq üçün dalınca gedəndə isə onun artıq öldüyünü eşidir. O qədər kədərli ağlayıb ki, divarın bir hissəsi uçub

Çin Səddi Haqqında Ən Maraqlı 10 Fakt

9. Fəhlələr qədim vaxtlardan kərpiclərin üzərində izlər qoyurdular.

Bəziləri deyirlər ki, bu mətnlər əsgərlər tərəfindən hazırlanmış kərpiclərin keyfiyyətini qiymətləndirmək və vəzifələri aydınlaşdırmaq üçün General Si Ziquan tərəfindən hazırlanmış üsuldur. Ancaq tarixçilər bunu şübhə altına alırlar.

10. Bu Çin xalqının ən böyük mədəni simvoludur.

Böyük Çin səddi 2000 ildən çox davam edən saysız-hesabsız əməyin məhsuludur və mühəndis zehninin əsl təntənəsidir. O, həmçinin əkinçilik və köçəri sivilizasiyalar arasında toqquşmaları və mübadilələri özündə əks etdirirdi.

Yuan sülaləsi dövründə (1272-1368) Tzyonq keçidi Pekindən daxili Monqolustana gedən əsas nəqliyyat arteriyası rolunu oynayırdı. Yuan imperatorları bu yerlər arasında tez-tez eyni marşrutla getdiklərindən, müvəqqəti imperator sarayları, məbədlər və bağlar tikilirdi.

Çin Səddi Haqqında Ən Maraqlı 10 Fakt

# 7149 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #