Boşanandan sonra hoqqa verən qadınlar - Orxan Saffari

Boşanandan sonra hoqqa verən qadınlar - Orxan Saffari
25 yanvar 2024
# 11:02

Kulis.az Orxan Saffarinin "“Ayaqları üstündə duran qadınlarımız” adlı yeni yazısını təqdim edir.

Azərbaycanda xüsusilə son illər yayılmış “öz ayaqları üstündə duran qadın” obrazı tendensiyası, yəqin ki, çoxları üçün gülməli və mənasızdır. Əlbəttə, Qərb ideyalarının təsirini görməmək, görüb də qəbul etməmək ən yaxşı halda naşılıqdır.

Əvvəla ona görə ki, ayaqları üstündə duran qadın obrazı nəyə gərəkdir? Cinsindən asılı olmayaraq normal bir adam, onsuz da, ayaqları üstündə durmalıdır. Azərbaycan qadınının bu hikkəli obrazı nəyə və kimlərə xidmət edir? Bu kompleks nəyə lazımdır? Bu acıq vermək oyunu nə üçündür?

Azərbaycanda öz ayaqları üstündə dayana bilən, konkret ailə saxlayan, uğurlu bir qadın varmı? Varsa, kimdir o qadın? Haradadır? Nə üçün bu obrazın adı var, özü yoxdur? Sözə bax, “ayaqları üstündə dayanan qadın”. Yox bir, “təpəsi üstdə dayanan Nemət Pənahlı.”.

“Ayaqları üstündə dayanan qadın” obrazı ilə səhərdən axşama özünü sübut etmək istəyən qadınlara diqqət etmək lazımdır ki, onlar kimdir, kimlərdən təşkil olunur, nə edib, necə yaşayırlar.

Bu obraz, adətən, boşanan və boşanandan sonra ailə-məişət zəminində hoqqa verən qadınların obrazıdır.

Səhərdən axşama 400-450 manata mağazada kassir, vitrin düzəldən, ətir satan, ən yaxşı halda salonda dırnaq işinə baxan, amma çox vaxt da Pradolu bir dayı tərəfindən saxlanılan qadınlar düşüb ortalığa ki, bəs mən öz ayaqlarım üstündə dayanıram. Məsələ burada kimin harada, nə işləməsi də deyil. Məsələn, bu ortababdan aşağı dolanışıqla beş qat obraz yaratmaqdır.

Öz ayaqların üstündə dayanıb nə edirsən ki? Bir tərəfdən boşanmısansa, ərindən aliment alırsan, o da yaxşı kişidirsə, ürəyi yanır, uşağa görə əlavə şeylər edir, sən də kef sürürsən və bu da ayaqları üstündə dayanan qadınmı olur?

Kapitalizmdə qadın öz yerini bilmirmi? O, reklam köləsi olduğunu görmürmü? O bilmirmi ki, xidmət, iaşə obyektlərində ona nə üçün maaş verirlər? Hamı hər şeyi bilirsə, bu həngaməli söhbətlər nəyə lazımdır?

Azərbaycanda orta statistik kişilər dolanışıq sarıdan sürünür, amma bu cür sonradan feministləşən, kişiyə nifrət fetişi olan qadınlar da olur ayağı üstündə duran qadın.

Birmənalı şəkildə qəbul etmək lazımdır ki, kapitalist dövrdə qadına baxış istəsək də, istəməsək də fərqlidir. Yoxsa kimlərsə elə bilir ki, qadın işçilər boş yerə tələb olunur? Sözsüz ki, burada problem cəmiyyətdə, kişilərdədir. Bunu ağlı başında olan hər kəs qəbullanır. Ona görə də özündən yalançı, saxta, təsəlli.com obrazı düzəltmək, öz natamamlığını bununla sübut etməyə çalışmaq lazım deyil.

Son olaraq nitqi romantik bir cümlə ilə sonlandırmaqda fayda var:

“Qadın ayaqlarının ən gözəl göründüyü yer kişinin çiyinləridir”

# 4376 dəfə oxunub

Oxşar xəbərlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

Böyük sənətkarlar, unudulmaz görüşlər, Laçında qalan izlər

14:27 13 noyabr 2026
Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

Botticellinin 10 milyon funtluq əsəri yenidən sərgidə - 90 ildən sonra Oksforda qayıtdı

14:13 13 noyabr 2026
Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

Hər şeyi əvvəlcədən bilsək, həyatımız necə olardı? – Təsadüfün fəlsəfəsi

14:00 13 noyabr 2026
Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

Nasistlərdən qaçan kolleksiyaçının tablosu varislərinə qaytarıldı

13:38 13 noyabr 2026
Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

Deputat dərsliklərin keyfiyyətinə nəzarət üçün ekspertiza komissiyası yaratmağı təklif etdi

13:32 13 noyabr 2026
Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

Bakı Beynəlxalq İncəsənət Festivalında 10 mindən çox tamaşaçı iştirak etdi

12:22 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər