Bob Marli: “Qadın bədənindəki ən gözəl əyri onun gülüşüdür”

Bob Marli, musiqiçi

Bob Marli, musiqiçi

11 may 2022
# 21:00

Bu günün Bob Marlinin anım günüdür...

Əsl adı Robert Nesta Marli olan Bob Marli 1945-ci ildə Yamaykada dünyaya gəlib. Dünya şöhrətli musiqiçi, bəstəkar, gitara ifaçısıdır. Onun sayəsində Yamaykada yaranmış reqqi (Afrika ənənəvi musiqi ritmlərindən ibarət müasir musiqi janrı) bütün dünyaya yayılaraq məşhurlaşıb. Elvis Presli rokinrol üçün nədirsə Bob Marli də reqqi üçün odur.

Məşhur olduqdan sonra dünyada Afrika xalqlarının azadlıqlarının carçısı kimi tanınan Bob Marli tezliklə Afrikanın simvoluna çevrilir. Onu hətta üzvü olduğu rastafari dininin (1930-cu ildə Yamaykada yaranmış, Qədim Misir, xristianlıq və yəhudiliyin qarışığından ibarət din ) peyğəmbəri də hesab edirlər. Rastafari dinində bədənin hər hansı bir üzvünün kəsilməsi qadağandır. Buna görə də ayağında əmələ gəlmiş bəd xassəli şişin aradan qaldırılmasına icazə verməyib. Və 36 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Mən qara adamın tərəfini tutmuram, mən ağ adamın tərəfini tutmuram. Mən Tanrının tərəfini tuturam.

Paste's Live Music at Home - Paste

Bizim hər birimizdə Tanrı var, ona görə də tənha deyilik.

Sizin həyatınız qızıldan da qiymətlidir.

Pulla həyatı almaq olmaz (ölümqabağı dediyi son söz).

Songs of Freedom' set captures Bob Marley & his message

Biz həqiqətən bir-birimizi sevməli, sülh şəraitində yaşamalıyıq. Bunun yerinə biz küsüşür və savaşırıq.

Düzünə qalanda istənilən adam sizə dərd verə bilər. Sadəcə elə adam tapmaq lazımdır ki, o sizin əzablarınıza dəysin.

Bu dünyanı bərbad etmək istəyən insanlar dincəlmirlər, mən niyə dincəlməliyəm?!

Bob Marley | Biography, Songs, Albums, Death, & Facts | Britannica

İnanıram ki, rasizmi, şəri və nifrəti müalicə etmək olar-musiqi ilə.

Özüm heç nəyəm. Varım-yoxum Tanrıdır.

Yaxşı şeylər bu gün – pis fikirlər sabah.

Sieben unbekannte Fakten über Reggae-Legende Bob Marley

Musiqidə gözəl nəsə var. O sənin içinə düşəndə ağrını hiss etmirsən.

Qadın bədənindəki ən gözəl əyri onun gülüşüdür.

Həyat çoxlu nişanları olan böyük bir yoldur.

Nuit spéciale Bob Marley : Very Good Vibrations

Əgər bütün dünyanı əldə edib əvəzində ruhunu itirəcəksənsə, buna dəyməz.

Şəri sevgi ilə dəf elə.

Həyatın boyu əsir olmaqdansa, azad olmaq üçün ölmək yaxşıdır.

Hətta itlə pişik də yola gedirsə, bəs biz niyə bir-birimizi sevməyək?

Judy Mowatt Recalls Bob Marley's Final Concert In Pittsburgh - DancehallMag

Axmaq adam su bol olanda da susuzluq hiss edər.

Bəzən kimisə axmaq yerinə qoya bilərsən, amma bunu hamıya edə bilməzsən.

Həqiqət cinayətdi, amma günah deyil.

Bob Marley at 70: legend and legacy | Bob Marley | The Guardian

Bəzən musiqi vasitəsilə savaşmalı olursan.

Mən yaxşı üzə bilmirəm, ona görə dərin sulara girmirəm.

# 9991 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev... - 72 minlik dələduzluq etdi, həbs olunmadı

16:21 22 aprel 2026
Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

Sənətinin Məcnunu Həsən Əbluc - Onu niyə hər ay Moskvaya dəvət edirdilər?

16:00 22 aprel 2026
“İliada” dastanına aid nadir papirus parçası tapıldı

“İliada” dastanına aid nadir papirus parçası tapıldı

15:50 22 aprel 2026
Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

Gəncədə folklorun mədəni inkişafdakı rolu ilə bağlı seminar təşkil olunacaq

14:20 22 aprel 2026
“Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə”  adlı tədbir keçiriləcək

“Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə” adlı tədbir keçiriləcək

13:47 22 aprel 2026
Qoşalıq və ya tənhaların qəm nəğməsi - Sevil Gültənin essesi

Qoşalıq və ya tənhaların qəm nəğməsi - Sevil Gültənin essesi

13:20 22 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər