Biz sifəti tanınmaz hala salınmış xalqıq - Aqşin Yenisey

Biz sifəti tanınmaz hala salınmış xalqıq - Aqşin Yenisey
29 oktyabr 2024
# 11:30

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Axundov və Rusiya. Axundov və İran. Və Axundovda birləşən rus maarifçiliyi və fars millətçiliyi.

Bu mövzular klişeləşmiş maarifçilik söhbətləri altında it-bata düşüb Azərbaycanda.

Gəlin onun birincisinə, millət vəkili Fazil Mustafanın da tez-tez dilə gətirdiyi çar Rusiyasının qoruduğu axundovçuluğa baxaq.

Çar Axundovu kimin üçün qoruyurdu? Həqiqət bu sualın cavabındadır.

XIX əsrin sonunda Bakıya neft sənayesinə baxmağa gələn çar II Aleksandr vağzaldan birbaşa kilsəyə getmişdi. Görüşdüyü neft sahibkarları arasında isə bircə nəfər də olsun müsəlman neftxuda yox idi.

Çar Rusiyası dövründə Bakıda bütün mərkəzi küçələrə rus adları verilmişdi. Müsəlman azərbaycanlıların yaşadığı yerlər yerli məhlə adıyla tanınırdı.

Çar Rusiyası dövründə Bakı əhalisinin 64 faizi gəlmələr idi, çoxu da rus ailələri. Və bu gəlmələr Bakının mərkəzinə yerləşdirilmiş, yerli əhali Bakı kəndlərinə sıxışdırılmışdı.

Keçək ikinci suala: Niyə Bakının mərkəzinə mədəniyyət gətirən ruslar Bakı kəndləriylə, ümumiyyətlə, maraqlanmırdılar?

Çünki bu kəndlərdə ruslar yaşamırdılar.

Çar Rusiyası azərbaycanlılar ayılsın deyə yox, köçürülən ruslar yeni torpaqlarda özlərini Rusiyadaymış kimi hiss etsinlər deyə Azərbaycana mədəniyyət gətirib və harada ruslar çox yaşayıblarsa oraya gətirib.

Çünki Pyotr öz vəsiyyətnaməsində xələflərinə islamı bütünlüklə Asiyadan qovmağı tapşırmışdı.

Başda Axundov olmaqla Azərbaycan maarifçilərini Rusiya buna görə himayə edirdi.

İslamın maarifçi təndiqi azərbaycanlıların milli kimliyini üzə çıxarmağa, milli kimliyi dini kimliyin önünə qoymağa xidmət etmirdi. Buna görə də Axundov bizim deyil, fars milli kimliyinin işinə yaradı.

Çünki o, özünü fars dostu Manukciyə yazdığı məktublarda zahirən türk, əslən fars adlandırırdı. Axundov Azərbaycan yox, Sasani davası edirdi.

Rusun himayə etdiyi Azərbaycan maarifçiləri azərbaycanlıların dini kimliyini zədələdi, milli kimliyini isə üzə çıxarmadı. Geriyə sifəti tanınmayan bir xalq qaldı. Biz həmin o sifəti tanınmaz hala salınmış xalqıq.

Demək istədiyim odur ki, tarixə inzibati klişelərlə yanaşmaq bizi növbəti yanlış yola sürükləyəcək. Azərbaycan maarifçiliyinə indiyədək birtərəfli qiymət verilib.

Bu xalq ancaq novruzəli, hacı qara, xudayər bəy doğmayıb. Azərbaycan maarifçiləri Azərbaycan xalqının ancaq tale tərəfinə baxırdılar, onun tarix tərəfinə baxmağa icazələri yox idi.

# 3611 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur türk aktyor vəfat etdi

Məşhur türk aktyor vəfat etdi

14:45 29 sentyabr 2026
Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

Məşhur müğənni niyə sevgilisinin yanına göyərçinə çevrilib getmək istədi?

14:00 29 sentyabr 2026
“Yatmış gözəl”  nağılının filmi çəkiləcək

“Yatmış gözəl” nağılının filmi çəkiləcək

13:30 29 sentyabr 2026
ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

ADA Universitetində şanlı zəfər tariximiz “Zəfər Rəqsi” filminin nümayişi ilə anıldı

13:15 29 sentyabr 2026
Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

13:00 29 sentyabr 2026
Xalq artisti Fəxrəddin Dadaşov:  "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

Xalq artisti Fəxrəddin Dadaşov: "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

12:40 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər