Bir dənə normal adam yoxdur

Bir dənə normal adam  yoxdur
17 dekabr 2021
# 11:03

Kulis.az Samir Mirzənin “Səmimiyyət və sui-istifadə: Hello "Squid game" adlı yazısında təqdim edir.

Çoxları qarşısındakının səmimi olmasını və ya səmimi ortamda olmasını istəyir. Hər bir halda səmimiliyi arzulayır insanlar. Təbii ki, səmimiyyət çox zaman komfort olmağa və ünsiyyətdə rahat fikirləri çatdırmağa kömək edir. Amma səmimilik "ə yaxşı" deyib çiynindən vuracaq həddi və ya hədsizliyi ortaya çıxarır. Necə deyərlər, şadlığa şitlik situasiyası. Bunun adı belədir: sui-istifadə!

Bir ilahiyyatçı alim belə deyir: "Allahın rəhməti insan azadlığının ən böyük qarantıdır. Təkrar-təkrar günah edirsən, cəza verməyə tələsmir. Elə sükut edir, sanki yoxdur. Cəzasızlıq mühitidir insanın kimliyini üzə çıxaran. Ölüm sükutunun içində Tanrının fəryadı gizlənib: “Ey insan, sən azadsan! Kim olduğunu göstər!”

Cəzasızlıq ən böyük cəzanı doğurur: azadlıqdan sui-istifadə etməyin, mərhəmətə qarşı həyasızcasına davranmağın cəzasını…
Çox incə izah edib elə deyilmi? Allaha inanmayan adam üçün də keçərlidir bu düstur və ya tərif. Ateizm mənsubu Allah sözünü təbiətlə və ya kainatla da əvəz edə bilər. Nəticə eynidir. Məntiq aydındır.

İnsanlar var, səmimiyyəti ilə qarşısındakını mənfi mənada ustalıqla oyuna gətirir.

Məsələn, keçən dəfə aptekdən dərman alarkən satıcı halayanan kimi özünü göstərərək adamın qayğısına qalarcasına "Allah şəfa versin" deməsindən başladı. Ardınca öz səhhətindən də misal çəkərək bəzi tövsiyələr verdi. Daha sonra bəzi dərmanların apteklərdə olmamasını gömrüklə əlaqələndirib kimlərisə günahkar çıxardı. Sonunda 3 manatlıq dərmanı 10 manata satdı. Heç xəbərim də olmadı, çünki qarşımdakının səmimiyyətinə o qədər inanmışdım ki, fırıldaq edəcəyi ağlımın ucundan keçmədi. Hələ "nə yaxşı belə adamlar qalıb" obrazı canlandırmağı məni sevindirdi. Maraqlısı ondadır ki, dərmanın üzərində məhsulun əsl qiyməti varmış. Evə gəldikdən sonra fərqinə vardım. Geri dönüb sakit tonda nəyə görə dərmanın üzərindəki qiymətlə ödəniş arasındakı fərqin çox olduğunu soruşdum. Heç nə olmamış kimi artıq aldığı pulu geri qaytardı. Bir az təlaşı hiss olunsa da, soyuqqanlığı ondan öndə idi. Sanki "ay da, kələyim tutmadı" reaksiyası ilə "gələn dəfə tutuzduraram" dedi.

Budur müasir dövrün sui-istifadə alətinə çevrilmiş səmimiyyəti. Ya da elə həmişə belə olub. Amma əvvəllər belə oyunbazlar az gözə dəyirdi, sanki indisə belələri addımbaşı qarşına çıxır.

Bir qisim insanlardan da misal çəkim, sonra məndən inciyə bilərlər. Onlar həmişə səmimi olmağa çalışırlar, qarşısında olanlara daim xoş, mədəni təəssürat bağışlamaq istəyirlər. Onların da önündə yer alanlar adətən qarşısındakının xoş niyyətindən sui-istifadə edib daha da başından basmağa çalışarlar. Beləliklə, "bir dənə normal adam yoxdur" vəziyyətini məhz elə şikayətlənənlərin özləri yaradırlar.

Nəhayət, sözümün canı odur ki səmimi olmaq dövrü geridə qaldı. Sizə və özümə səmimi olmamağı tövsiyə edirəm. Xoş gəlib "Squit Game..."

# 3243 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər