Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bursada “Şuşa günləri” keçirir

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bursada “Şuşa günləri” keçirir
9 dekabr 2022
# 19:30

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bursada “Şuşa günləri” keçirir

Kulis.az xəbər verir ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Şuşa Günləri keçirilir. Tədbir çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək.

Tədbirin ilk günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat “Bursa İli” çərçivəsində ortaq mədəniyyətimizi özündə əks etdirən festivalların, idman oyunlarının, təbliğat proqramlarının və bir çox digər tədbirlərin keçirildiyini, bununla əlaqədar türk dünyasından çox sayda siyasətçinin, mədəniyyət və elm xadimlərinin Bursaya gəldiklərini deyiblər.

“Türk dünyasının mədəniyyət paytaxtı” statusunun gələn il Şuşaya keçəcəyini xatırladan çıxışçılar iştirakçılara Şuşa haqqında geniş məlumat veriblər.
Bildirilib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Zəfərlə azad edilib və bu hadisə türk tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Qeyd edilib ki, işğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi, o cümlədən tarixi abidələri və məscidləri dağıdılıb, şəhər viran qoyulub.

Hazırda Azərbaycan dövləti bu ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Yaxın zamanda vətəndaşlarımızın doğma yurd-yuvalarına köçürülməsi dövlətimizin əsas məqsədlərindən biridir.

Qəhrəmanlıq, fədakarlıq və eşqin dastanı olan Şuşanın mədəni irsi, əsrarəngiz təbiəti, bəşəri mirasa böyük fikirlər bəxş edən şairləri, yazıçıları və dahi musiqiçiləri kimi tarixi şəxsiyyətləri ilə dünyada tanındığını deyən natiqlər şəhərin işğaldan azad edilməsi ilə yenidən həyata qaytarıldığını, mədəni və tarixi mirasımıza yenidən bəxş edildiyini vurğulayıblar.

Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, eyni zamanda, türk dünyası xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın tarixini özündə əks etdirən açıq havada muzeydir. Bundan sonra Şuşada Xarıbülbülün qoxusu hiss ediləcək, Qarabağ atları qamətini görəcək və Azərbaycan mədəniyyətinin paytaxtı dünyaya layiqli şəkildə nümayiş olunacaq.

Türkiyə-Azərbaycan münasibətlərinə toxunan natiqlər Türk dünyasının hər dövlətinin Türkiyə üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Bildirilib ki, xüsusilə Azərbaycanın bütün məsələlərini Türkiyə hər zaman öz məsələsi kimi qəbul edib. Ölkələrimiz arasında birliyin əsas memarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. İki dahi liderin nümayiş etdirdiyi birlik dünya üçün nümunədir.

Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” statusunun Bursadan Şuşaya keçməsi məqsədilə Bursada keçirilən Şuşa Günlərinin təşkilində əməyi olanlara təşəkkürnamələr və xüsusi plaketlər təqdim edilib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.

İki gün davam edəcək Şuşa Günləri çərçivəsində Azərbaycanın mədəniyyətini, milli dəyərlərini və geyimlərini özündə əks etdirən tədbirlər təşkil olunacaq.

# 2329 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər