Beynəlxalq bestsellerlər müəllifi Bakıda

Beynəlxalq bestsellerlər müəllifi Bakıda
26 sentyabr 2024
# 16:46

Dünya şöhrətli alman yazar Vulf Dorn 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq.

Kulis.az xəbər verir ki, həyatının 20 illini psixiatrik terapevt və klinik tədqiqatçı kimi işləmiş Vulf Dorn Almaniyanın psixoloji triller janrında yazan ən populyar yazıçısıdır.

Debüt əsəri olan “Psixiatr” ona böyük şöhrət qazandırıb. “Şizofrenik”, “Xain ürəyim”, “Oyunbaz” və “Fobiya” romanları qısa müddətdə beynəlxalq bestsellerə çevrilib. Hazırda Vulf Dorn dünyada ən çox oxunan müəlliflər siyahısına daxil edilib.

Vulf Dornun 2024-cü il 5 oktyabr tarixində saat 16:00-da və 6 oktyabr tarixində saat 15:00- da “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq.

Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Sərgi dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub. Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

Sərgiyə giriş ödənişsizdir.

# 2608 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi - Səbəb

18:00 21 oktyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı”  Dövlət Qoruğu yaradıldı

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

17:31 21 oktyabr 2026
Məşhur Hollivud aktyoru vəfat etdi

Məşhur Hollivud aktyoru vəfat etdi

17:30 21 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illik yubileyi qeyd olundu

Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu

16:47 21 oktyabr 2026
Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi  quruluş ildönümünü qeyd edir

Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir

16:30 21 oktyabr 2026
Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?

15:30 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər