Bəstəkar Rauf Hacıyevin xatirəsi anıldı

Bəstəkar Rauf Hacıyevin xatirəsi anıldı
22 oktyabr 2022
# 12:40

Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, görkəmli bəstəkar və ictimai xadim Rauf Hacıyevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə çıxış edərək Rauf Hacıyevin yaradıcılığının və hərtərəfli ictimai fəaliyyətinin Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm yer tutduğunu, onun musiqili səhnə, vokal-simfonik, orkestr, kamera-instrumental əsərlərin, teatr tamaşaları üçün musiqilərin müəllifi olduğunu vurğulayıb.

Qeyd edilib ki, o, Azərbaycan cazının başlanğıcında dayanan, bu sahədə həm yaradıcı, həm də böyük təşkilatçılıq işləri aparanlardan biri olub. Onun gözəl "Azərbaycan", "Sevgilim", "Leyla" və başqa mahnıları dinləyicilərin rəğbətini qazanıb.

Tədbir zamanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Cəmil Sədizadə və Əbdüləli Hüseynli (müəllim Tamilla Məmmədova) bəstəkarın tanınmış melodiyaları əsasında hazırlanmış "Poppuri"ni (aranjiman Tamilla Məmmədova, Emil Əhmədzadə) pianoda ifa ediblər.

Tədbirin sonunda Rauf Hacıyevin nəvəsi Mirzə Rüstəmov çıxış edərək babasının xatirəsinə həsr olunmuş tədbirin təşkilinə görə Bəstəkarlar İttifaqının rəhbərliyinə təşəkkür edib.

# 2530 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

Xalq artisti Alim Qasımovla Üzeyir Mehdizadənin dueti - “Nəyindən narahatsan”

16:55 19 sentyabr 2026
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı

16:45 19 sentyabr 2026
Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

Monenin indiyədək bilinməyən tabloları Parisdə hərraca çıxarılır

15:00 19 sentyabr 2026
Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra

14:30 19 sentyabr 2026
"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

"Səni görəndə başıma gələn möcüzəyə məcburən inandım..." - Mika Valtari

14:10 19 sentyabr 2026
"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

"Hə də, sizə hər şeyi deyiblər..." - Səlim Babullaoğlunun "Xatırladıqlarım" silsiləsindən I yazısı

14:00 19 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər