Bəşərin dil ağacının şah budağı dilim mənim!.. - Günün şeiri

Bəşərin dil ağacının şah budağı dilim mənim!.. - Günün şeiri
1 avqust 2025
# 10:30

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Kulis.az bu münasibətlə mövzuya dair diqqətçəkən məlumatları və şair Xəlil Rza Ulutürkün "Ana dilim" şeirini təqdim edir.

Hər il avqustun 1-i Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixində imzaladığı Fərmana əsasən təsis edilib.

Həmin fərmanla 2001-ci ilin avqust ayında ölkə miqyasında latın qrafikalı yeni əlifbaya tam keçid gerçəkləşib və bu hadisə müstəqil Azərbaycanın ictimai-siyasi həyatı və yazılı mədəniyyəti üçün əlamətdar mərhələ olub.

Azərbaycan dilinin qorunması və inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

1977-ci ildə SSRİ Konstitusiyasına dövlət dili ilə bağlı müddəanın salınmaması məsələsinə qarşı çıxan Heydər Əliyev bu sahədə prinsipial mövqe sərgiləyib.

Onun təşəbbüsü ilə 1978-ci ilin 2 aprel tarixində Azərbaycan SSR Konstitusiyasının layihəsinə 73-cü maddə əlavə edilərək, respublikanın dövlət dilinin Azərbaycan dili olduğu rəsmi şəkildə təsbit edilib.

Bu tarixi qərar dilimizin qorunması və inkişafı istiqamətində mühüm dönüş nöqtəsi olub.

Müstəqillik dövründə də Azərbaycan dilinin inkişafı istiqamətində davamlı addımlar atılıb.

Heydər Əliyev 18 iyul 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və 9 avqustda “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanları imzalayıb. Bu sənədlər ana dilimizin dövlət səviyyəsində qorunması və möhkəmləndirilməsi sahəsində onun strateji yanaşmasını ortaya qoyur.

Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir.

Prezidentin 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və 14 yanvarda “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncamları dilin tətbiq sahəsini əhəmiyyətli dərəcədə genişləndirib.

Həmçinin, 2007-ci il 30 dekabr tarixində qəbul edilən “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncam da bu istiqamətdə mühüm addımlardan biri olub.

Azərbaycan Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da dil siyasətində yeni mərhələnin başlanğıcı olub. Proqram, dilin dövlət tərəfindən dəstəklənməsi, fonetik və leksik xüsusiyyətlərinin qorunması, müasir tələblərə uyğun istifadə imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Burada həmçinin fundamental və tətbiqi dilçilik tədqiqatlarının dəstəklənməsi nəzərdə tutulur.

Ana dili xalqın mənəvi varlığının əsasını təşkil edir – insan məhz ana dilində düşünür, dünyanı dərk edir, hisslərini ifadə edir və öz milli kimliyini tanıyır.

Əlifba isə bu dildə formalaşan mənəvi sərvətlərin yazıya köçürülməsi, nəsildən-nəslə ötürülməsi üçün bir vasitə olmaqla, xalqın tarixini, mədəniyyətini və yaddaşını qoruyan simvolik bir körpü funksiyasını daşıyır.

Dilimizi və əlifbamızı qorumaq – təkcə ünsiyyət vasitəsini yaşatmaq deyil, həm də milli kimliyimizi, tarixi yaddaşımızı və mədəni dəyərlərimizi gələcəyə daşımaq deməkdir.

# 141 dəfə oxunub

Oxşar xəbərlər

“Freaky Friday”nin davamı gəlir

“Freaky Friday”nin davamı gəlir

18:50 1 avqust 2025
“Ulduz”un iyul-avqust sayı dərc edildi

“Ulduz”un iyul-avqust sayı dərc edildi

18:40 1 avqust 2025
Erkən xristianlığın mərkəzi olan  şəhər aşkarlandı

Erkən xristianlığın mərkəzi olan şəhər aşkarlandı

18:23 1 avqust 2025
Tanınmış teatr rejissoru vəfat etdi

Tanınmış teatr rejissoru vəfat etdi

16:45 1 avqust 2025
"Görən, bu çöllərdə kimim var mənim?"  - Arif Babayevlə vida mərasimindən reportaj

"Görən, bu çöllərdə kimim var mənim?" - Arif Babayevlə vida mərasimindən reportaj

16:43 1 avqust 2025
"Yarım qalmış şeir" - Yeni hekayə

"Yarım qalmış şeir" - Yeni hekayə

16:00 1 avqust 2025
# # #