Benksinin rəsm əsəri 2 milyona satıldı

Benksinin rəsm əsəri 2 milyona satıldı
31 mart 2023
# 10:30

İngilis rəssam Benksinin "Cəsarət et!" əsəri hərracda ilkin dəyərindən üç dəfə (600 min dollar) baha 2 milyon 32 min dollara satılıb.

Kulis.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Karnaval avtomobilinə minən qəddar biçənçinin təsvir edildiyi rəsm 2010-cu ildə Britaniyanın "Exit Through the Gift Shop" qrupu üçün yaradılıb. Rəssam əsəri eyniadlı sənədli filmi üçün qrupun adına olan hüquqları geri almaq üçün çəkib. Film 2010-cu ildə ekranlara çıxaraq Oskar mükafatına namizəd olub. Qrup adını "Brace Yourself" olaraq dəyişib.

Rəsm hərraca qrupun müğənnisi Natali Zalevska tərəfindən çıxarılıb. O, əsərin satışının sənət əsərlərini “tarixin bir hissəsi” kimi qorumaq məqsədi daşıdığını bildirib. Qrup üzvləri hərracda çıxış ediblər. Rəsmin satışından əldə edilən gəlirin bir hissəsi bu sektorda çalışanlara tibbi, maliyyə və reabilitasiya dəstəyi verən musiqi xeyriyyə təşkilatı "MusiCares"ə veriləcək.

# 3517 dəfə oxunub

Oxşar xəbərlər

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
Vestminster abbatlığındakı sirr:  qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş

Vestminster abbatlığındakı sirr: qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş

16:00 23 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

15:30 23 oktyabr 2026
Müğənni Conidə nadir genetik xəstəlik aşkarlandı

Müğənni Conidə nadir genetik xəstəlik aşkarlandı

15:00 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər