“Başqa silahlar və digər siyasi hekayələr” kitabının təqdimatı oldu

“Başqa silahlar və digər siyasi hekayələr”  kitabının təqdimatı oldu
17 fevral 2024
# 11:00

Fevralın 16-da Bakı Kitab Mərkəzində argentinalı müəllif Luiza Valenzuelanın “Başqa silahlar və digər siyasi hekayələr" adlı Azərbaycan dilinə tərcümə olunmuş kitabın təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Argentinanın ölkəmizdəki səfiri xanım Marianxeles Belluşinin iştirakçılara kitab haqqında məlumat verib. “Argentinada hərbi diktaturanın ilk illərində yazılmış bu əsərdə işgəncə, repressiya və onların fərdlərin həyatına təsirindən, eləcə də Bella və Pedronun sevgi hekayəsindən bəhs olunur”, - deyə səfir bildirib.

Kitabın tərcüməçisi Aytən Əliyeva qeyd edib ki, artıq ikinci dəfədir argentinalı müəllifin əsərini tərcümə etməyi öz öhdəsinə götürür.

Daha sonra çıxış edənlər kitab haqqında fikirlərini bölüşərək əsərin Azərbaycan dilinə tərcümə edilməsinin gözəl bir addım olduğunu vurğulayıblar.

Sonda müəllifin kitab haqqında təəssüratlarından ibarət videoçarx nümayiş etdirilib.

# 2911 dəfə oxunub

Oxşar xəbərlər

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər