Balasanyan niyə belə etdi? - Aysel Əlizadə

Balasanyan niyə belə etdi? - Aysel Əlizadə
6 oktyabr 2023
# 10:30

Kulis.az Aysel Əlizadənin yeni yazısını təqdim edir.

Çoxdanın söhbətidir. Ümumiləşdirilmiş bir düşmən yaradıblar özlərinə - türk. Bir il deyil, beş il, 30 il deyil, yüzillərdi doğulan körpələrinin cadu kimi burunlarına üfürürlər: “türk düşməndir”. Bu səbəbdən də onlara güvənmək olmaz.

O vaxtdan nəfəslərini bizə nifrətlə alıb verirlər. Bizi özlərinə hədəf bəlirləyiblər. İliklərinə işləyib, genomlarında kodlaşıb. Heç nə edə bilmərik. Situasiyanı modelləşdirsək: Təsəvvür edin, qonşunuz gah daş atıb pəncərələrinizi sındırır, gah əlinə balta alıb qapınızı qırır, gah divarınızı yarıb otaqlarınızı ələ keçirir. Uşaqlarınızı tutub döyür, öldürür, ailə üzvlərinizi oğurlayıb işgəncə verir. Biz eynən bu vəziyyətdə idik.

Dolaşıq, qarışıq şeylər danışırlar. Aksiya keçirirlər, bağırırlar. Adam məəttəl qalır. Onlara da, qahmar çıxanlarına da üç sözdən ibarət sual vermək gərəkdir: Siz nə istəyirsiz?

Öz ərazimizdə ikinci erməni dövlətimi yaradaq? Suverenliyimizdən, ərazilərimizdən imtina edək? Axı siz bizdən nə istəyirsiz?

Rəqibi bəlkə də bağışlamaq olar, ancaq düşməni bağışlamazlar; adı üstündə - düşmən. Düşməni sən seçmirsən, o səni seçir. Və o dəhşətli məğlubiyyət yaşamayınca səndən əl çəkmir.

4 oktyabr
5 oktyabr
8 oktyabr
11 oktyabr
17 oktyabr

Təkcə 2020-də Gəncəyə bomba atdıqları günlərin sayıdır. Böyük-böyük, dünyadan çəkinmədən “biz atmışıq” deyirdilər.

Kəlmələrimizi seçirik, dünya bizə aqressor damğası vurmasın, bunlar açıq və həyasızca etdiklərindən danışırlar illərdi.

Həmin o “dünya”dan ədalət hayı gəlməyincə məcbur qalıb ölüm-qalım savaşına girdik. Bəlkə də hələ anlamırıq nədən keçdiyimizi… Dinc əhaliyə bomba atan, bir dövlətin ərazisini tutub orada silahlı birləşmə yerləşdirən nə adlanır? Terrorçu. Terrorla, terrorçu ilə nə edərlərsə, necə mübarizə apararlarsa biz də onu edirik.

“Erməni əhalimizin” Azərbaycana dönməsində bir anlam yoxdur. Elə insanlar var ünsiyyətləri alınmır, qıcıq olurlar, üz-üzə gəlməyə məcbur deyillər. Bu situasiya da elə. Bir-birimizdən nə qədər uzaq olsaq, o qədər yaxşıdır.

Sülh sazişi əlimizi bir az da gücləndirəcək. Yalnız! Kiminlə qarşı-qarşıya olduğumuzu unuda bilmərik. Birinci Qarabağ savaşında əsir düşən qəhrəman Natiq Qasımovun ifadəsini alan erməni zabitin həmin an çəkilən fotosu var. İllər sonra həmin o Vitali Balasanyana şəkli göstərib “bunu tanıyırsız” soruşurlar, “tanımıram” deyib özü öz üzünə durur. Öz şəklinə “tanımıram” deyən, özü özünü danan adamlardılar, heç bir fürsət vermək olmaz.

Biz isə o cür bacarmırıq. Bizimki birbaşalıqdı. Biz heç vaxt düşmənə aferistcə “Allah haqqı sizi sevirəm” demərik. Biz öz şəklimizə baxıb “bu mən deyiləm” söyləməyi özümüzə yaraşdırmarıq.

Biz hüququn verdiyi imkanlarla alarıq haqqımızı. O qurbanolduğumuz “lazım” gələndə sıxarıq yumruğumuzu. Güclü olmağımız gərəkdir, daha güclü, çox güclü.

Gələcəyini düşünməyən xalqın gələcəyi olmur. Ermənilərin gələcəyi yoxdur, özlərinə keçmiş quraşdıra-quraşdıra itiriblər. Biz keçmişi ilə əlləşən millət deyilik. Bəlkə buna görə ötən tariximizi dönə-dönə çözələyə bilməmişik. Yaxşıdır, pisdir - indi mövzu deyil. Mövzu odur ki, biz həmişə gələcəyimizi bilmişik…

Bildiyimiz üçün də cahanın dan yerində şübhəsizdir ki, həqiqət parladı və Azərbaycan dünyaya Günəş kimi doğdu.

# 4624 dəfə oxunub

Oxşar xəbərlər

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

"Avroviziya Asiya 2026"nın ilk iştirakçıları

14:00 31 avqust 2026
Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarında

13:40 31 avqust 2026
Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

13:05 31 avqust 2026
Zemfira Qafarova:  "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

Zemfira Qafarova: "Atam Sibirdə olanda anam boşandı, “Kirpi”nin rəssamına ərə getdi" - Müsahibə

12:54 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər