"Balaca şəhzadə" tamaşasının premyerası keçirildi

"Balaca şəhzadə" tamaşasının premyerası keçirildi
25 aprel 2023
# 15:00

Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində fransız yazıçısı Antuan De Sent-Ekzüperinin dünyaca məhşur "Balaca şəhzadə" əsəri əsasında hazırlanan “O, mənimdir...” tamaşasının permyerası keçirilib.

Kulis.az xəbər verir ki, Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, səhnləşdirilməsi və tərcüməsi mərhum sənətkar Vaqif İbrahimoğluna məxsus tamaşanın qurluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba, Tohid Əzimdir.

"Bir hissəli fantaziya" janrında hazırlanmış tamaşanda obrazları Cavid Baba, Məleykə Cəfərova, Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev adlı gənc aktyorlar ifa edirlər.

Səhnə əsəri təyyarəçinin nasaz təyyarəni əlacsızlıqdan Saxara səhrasına endirməsi ilə başlayır. O, burada gözləmədiyi anda qəribə bir oğlanla - Balaca şahzadə ilə rastlaşır. Məlum olur ki, həmin oğlan bura başqa bir planetdən gəlib. Şahzadə dərdini azaltmaq, dost tapmaq və yeni şeylər öyrənmək üçün səyahət etmək qərarına gəlir. Yaşadığı planetdə isə onu gizli duyğularla sevən Qızılgül adlı biri olur. O, balaca şahzadəyə olan sevgisini ifadə etməkdə çətinlik çəkən və buna görə də onu özündən uzaqlaşdıran nazlı çiçəkdir. Qızılgül o zaman sevgisini dilə gətirir ki, şahzadə onun əlindən təngə gəlib səyahətə çıxmaq istəyir. O, səfər etdiyi hər planetdə müxtəlif varlıqlarla - Kral, Şöhrətpərəst, Əyyaş, Fənərçi, Tülkü və s. ilə qarşılaşır.

Xatırladaq ki, fransalı yazıçının əsas peşəsi təyyarəçilik olub. Müəllifin bu əsəri də məhz şəxsi həyatı əsasında yaranıb.

# 2469 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər