“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi
17 aprel 2024
# 17:30

Aprelin 16-da “İranə Qasımova ilə Poetry batlle” layihəsi çərçivəsində yeni poeziya axşamı keçirilib.

Kulis.az xəbər verir ki, iştirakçılar nostalgiya ilə bağlı şeirlər söyləyiblər.

Müsabiqənin münsiflər heyətinə teatr və kino aktrisası Rumiyə Ağayeva, aparıcı aktrisa və model Natella Kərimova, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sahib Məmmədov, musiqiçi və müğənni Qasım Xəlilov daxil edilib. Poeziya yarışında söz ustaları Nathalie, Eldar Cahangirbəyov, İlmira Odinayeva, Hacı Həşimov, Maksim Lebedev, Arzu Manaflı iştirak ediblər. Müsabiqənin qalibi Eldar Cahangirbəyov olub.

“İrana Qasımova ilə Poetry batlle” layihəsi 2022-ci ilin iyulunda start götürüb və həmin vaxtdan bəri “Məhəbbət”, “Vətən”, “Fəlsəfə”, Təbiət”, Yumor” “Motivasiya” mövzularında altı yarış keçirilib.

İranə Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, həmçinin öz pyesi əsasında hazırlanmış “Qadınlar nə istəyir?” satirik tamaşasının quruluşçu rejissoru, ssenarist, habelə “Kişi və qadın” poetik tamaşasında baş rolun ifaçısıdır.

Qeyd edək ki, şairə, eyni zamanda, “İranə Qasımova ilə poeziya klassikası”, “Poetry battle with Irana Kasimova”, “İranə Qasımova ilə açıq mikrofon” populyar layihələrinə müəlliflik edir.

# 308 dəfə oxunub

Oxşar xəbərlər

“Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda konfrans keçirildi

“Klassik divan ədəbiyyatında bitki obrazı” mövzusunda konfrans keçirildi

12:30 30 aprel 2024
MEDİA-nın Naxçıvan Regional İdarəsinə rəhbər təyin edildi

MEDİA-nın Naxçıvan Regional İdarəsinə rəhbər təyin edildi

12:00 30 aprel 2024
“Don Rafael Trombonçu” yenidən səhnədə

“Don Rafael Trombonçu” yenidən səhnədə

11:30 30 aprel 2024
"Qaraya qayıdış" filminin afişası yayımlandı - Foto

"Qaraya qayıdış" filminin afişası yayımlandı - Foto

11:00 30 aprel 2024
"Cümhuriyyət mahnısı" filmindən ilk fotolar

"Cümhuriyyət mahnısı" filmindən ilk fotolar

10:30 30 aprel 2024
“Voytsek”  tamaşasının premyerası keçirildi

“Voytsek” tamaşasının premyerası keçirildi

10:20 30 aprel 2024
# # #