Bakıda Rusiya Film Festivalı nümayiş olunacaq

Bakıda Rusiya Film Festivalı nümayiş olunacaq
16 iyun 2022
# 14:00

17-19 iyun tarixlərində Bakıda, CinemaPlus Azerbaijan kinoteatrlarında “Russian Film Festival” çərçivəsində Rusiya kinoları ödənişsiz olaraq nümayiş olunacaqdır.

Kulis.az xəbər verir ki, Azərbaycan paytaxtının sakinlərini və qonaqlarını “Keçmişi unut” xuliqan komediyasının, “Azad nəfəs alın” təsirli melodramının və “Plüş Bum” macəra ailə cizgi filminin qəhrəmanları ilə birgə parlaq yay həftəsonu gözləyir. Filmlər azərbaycanca altyazı ilə olmaqla rus dilində nümayiş olunacaqdır.

“Russian Film Festival” Azərbaycanda 2021-ci ildə debüt etmişdir – festival onlayn formatda keçirilmişdir; indi isə Azərbaycan tamaşaçıları Rusiya kinematoqrafiyasının yenilikləri ilə böyük ekranda tanış ola biləcəklər.

“Keçmişi unut” (rej. Kiril Sokolov, 2021) – baş rolda Anna Mixalkovanın çəkildiyi komediya döyüş filmidir. Süjetin qəhrəmanı Olya dörd il həbsxanada cəza çəkdikdən sonra yeni həyata başlamağa qərar verir. Bunun üçün isə öz on yaşlı qızını onun zülmkar nənəsindən almalıdır. Lakin doğmalardan ayrılmaq elə də asan deyil – nənə öz nəvəsi və kefcil qızını təqib etməyə başlayır…

Kiril Sokolovun bu əsəri kinotənqidçilərin təkcə Rusiyada deyil, həm də xaricdə “Rusiya Tarantinosu” adlandırdıqları təqib janrında olan maraqlı bir filmdir. O, qırxa yaxın festivallarda və müsabiqələrdə iştirak etmiş və 30-dan çox ölkədə satılmış “Ata, gəbər” qrotesk qara komediyasının müəllifidir. “Keçmişi unut” filmi də artıq beynəlxalq festivallarda işıq üzü görmüşdür. Bu əsər 14 aprel–1 may 2022-ci il tarixlərində Braziliyada keçirilmiş “Fantaspoa” beynəlxalq kinofestivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı yeni aktrisa” nominasiyasında iki mükafat qazanmışdır. Həmçinin film “South by Southwest (SXSW) 2022” amerika festivalının proqramına daxil edilmişdir.

“Azad nəfəs alın” (rej. Sergey Bodrov böyük, 2021) – nitq qüsurları olan insanların problemlərini işıqlandıran romantik melodramdır. Filmin baş qəhrəmanı İlya kəkələmədən əziyyət çəkir. Bu isə onun şəxsi həyatından tutmuş, uşağıyla ünsiyyətə və işinə mane olur. Ümidsizliyə qapılan İlya tanınmış bir həkimin kurslarına yazılır. Həkim öz işinin peşəkarıdır, pasiyentləri isə onu əsl sehrbaz hesab edir. İlya kursda yeni dostlar qazanaraq, sevgisinə də rast gəlir. Lakin onun hekayəsi mürəkkəb “sevgi üçbucağına” çevrilir… Filmin rejissoru Sergey Bodrov böyük bir çox kinematoqrafiya və festival mükafatlarının laureatıdır. Onun rejissorluğunu etdiyi “Qafqaz əsiri” (1996) və “Monqol” (2007) filmləri, eləcə də ssenarist kimi çıxış etdiyi “Şərq-Qərb” (1999) filmi “Oskar” mükafatına namizəd kimi irəli sürülmüşdür.

“Plüş Bum” (rej. Denis Çernov, İlya Kupriyanov, 2021) – dünyaca məşhur “Smeşariki” yaradıcılarının əsəri olan və dostluğun sehrindən bəhs edən ailə animasiya filmidir. Bu animasiya möhtəşəm bir yaqutu oğurlayaraq həmin qiymətli daşı ölkədən çıxarmaq üçün Bum adlı plüş ayıcığın içərisində gizlədən peşəkar oğrudan bəhs edir. Amma hər şey plana uyğun getmir…

Rusiya Film Festivalı Azərbaycanda Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə “ROSKİNO” şirkəti tərəfindən təşkil edilmişdir.

Nümayişlərin cədvəli:

17 iyun (cümə)

17:00 – “Plüş Bum”

18 iyun (şənbə)

17:00 – “Azad nəfəs alın”

19 iyun (bazar)

19:00 – “Keçmişi unut”

Nümayişlərə qeydiyyat

Məlumat

ROSKİNO rusiya audiovizual kontent sənayesini beynəlxalq bazarlarda təmsil edən sahə təşkilatı; film, serial və animasiyaların, eləcə də Rusiya ilə kreativ potensialın və koproduksiya imkanlarının irəlilədilməsi üzrə milli operatordur. ROSKİNO Rusiya kontentini beynəlxalq kino bazarlarında və digər sənaye tədbirlərində “Russian Content Worldwide” brendi altında təbliğ edir, eləcə də rusiya kinosu festivallarını xaricdə “Russian Film Festival” brendi altında təşkil edir.

Russian Film Festival (https://rff.online /) – Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ROSKİNO tərəfindən təşkil edilmiş bir layihədir. RFF-nin əsas məqsədi – xarici tamaşaçını müxtəlif janrlarda olan bədii filmlərdən tutmuş animasiya və sənədli filmlərlə zəngin müasir rusiya kontentinin müxtəlifliyi ilə tanış etməkdir. 2020-2021-ci illərdə festival 23 ölkədə keçirilərək bir milyondan artıq tamaşaçı toplamışdır. RFF-nin formatına həm onlayn, həm də beynəlxalq kinofestivallara inteqrasiya ilə “hibrid model” tipli nümayişlər, eləcə də ənənəvi əyani tədbirlər daxildir.

# 1722 dəfə oxunub

Oxşar xəbərlər

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
#
#
# # #