Bakıda müğənnini döyüb qarət edənlərə AĞIR CƏZA

Bakıda müğənnini döyüb qarət edənlərə AĞIR CƏZA
31 may 2024
# 15:18

Elçin Zəka adı ilə tanınan müğənni Elçin Kişiyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Zeynal Yusifovun 12 il 6 ay, Heydər Əkbərovun 11 il, Hökumə Əşrəfzadə və Rəhimə Əşrəfzadənin hər birinin 10 il azadlıqdan mərhum edilməsini istəyib.


Növbəti proses iyunun 14-də davam edəcək.

İttihama görə, ötən il iyunun 6-da Bakı şəhərində Hökümə Əşrəfzadə, bacısı Rəhimə, tanışları Heydər Əkbərov və Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevin evinə qanunsuz girməklə quldurluq etmək barədə plan qurublar.

Belə ki, Rəhimə Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb və gecə saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi avtomobil ilə həmin ünvana gəlib, görünməmək üçün girişdən aralıda dayanıblar.

Rəhimə Əşrəfzadə avtomobildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin yanına gedərək, bir müddət orada qalıb. O, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökümə Əşrəfzadə evə daxil olublar.

Zeynal Yusifov silah qismində istifadə etdiyi bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub. Sonra Heydər Əkbərov və Zeynal Yusifovla Hökümə Əşrəfzadəni zorlamaqda ittiham edərək, yıxıldığı yerdə yumruq, eləcə də təpiklə Elçin Kişiyevi vurmaqda davam ediblər. Həmçinin zormalaya görə onu cəzalandırılacağını bildiriblər. Onu plastik qaytanla qollarını arxadan bağlayaraq divana oturdublar. Bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla qorxudaraq, Hökümə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu ona etiraf etdirib danışmağa məcbur ediblər.

Heydər Əkbərov və Hökümə Əşrəfzadə telefonları ilə danışıqların videoçəkilişini aparıblar.

Daha sonra Elçin Kişiyevdən evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, ümumilikdə 4 min 835 manat məbləğində ziyan vurmaqla quldurluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.

# 2287 dəfə oxunub

Oxşar xəbərlər

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

17:48 3 avqust 2026
Maykl Ceksona klip çəkdi, uşaqların ölümünə səbəb oldu... – Spilberq niyə onunla  dostluğu kəsmişdi?

Maykl Ceksona klip çəkdi, uşaqların ölümünə səbəb oldu... – Spilberq niyə onunla dostluğu kəsmişdi?

17:00 3 avqust 2026
Dünya kinosunun yumorist rejissoru - Tomas Mankeviçin 5 məşhur ekran əsəri

Dünya kinosunun yumorist rejissoru - Tomas Mankeviçin 5 məşhur ekran əsəri

16:00 3 avqust 2026
Pompeydə antik irslə müasir popu birləşdirən layihə

Pompeydə antik irslə müasir popu birləşdirən layihə

15:30 3 avqust 2026
Rahat istirahət üçün 5 qızıl qayda

Rahat istirahət üçün 5 qızıl qayda

15:03 3 avqust 2026
"O, mənə evini bağışladı..." - Rəsulzadənin nəvəsinin əsərlərinin qorunduğu Xəzər muzeyindən reportaj

"O, mənə evini bağışladı..." - Rəsulzadənin nəvəsinin əsərlərinin qorunduğu Xəzər muzeyindən reportaj

15:00 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər