Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir

Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir
2 noyabr 2023
# 13:50

Paytaxtımız daha bir beynəlxalq miqyaslı sənət bayramına ev sahibliyi edir. 31 oktyabr – 4 noyabr tarixlərində I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilir.

Kulis.az xəbər verir ki, noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında festivalın açılış mərasimi baş tutub. Mərasimində Türk dünyasından teatr sənətinin təmsilçiləri iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən əvvəlcə Fəxri xiyabanda mədəniyyətimizin böyük himayədarı olmuş Ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib.

Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mətbuat konfransı keçirilib.

Mərasimdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Respublikasının mədəniyyət naziri Adil Kərimli Türk dünyasının səhnə, sənət təmsilçilərini bir araya gətirən festival münasibətilə hər kəsi təbrik etdi, sənət şöləninin işinə uğurlar arzuladı.

Nazir dedi ki, festival Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, peşəkar milli teatrımızın yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir. TÜRKSOY-un xətti ilə ilk dəfə keçirilən festival qardaş ölkələr arasında teatr əlaqələrinin inkişafına, yaradıcılıq mübadiləsinin genişlənməsinə zəmin yaradacaq.

TÜRKSOY-un baş katibi Sultan Raev Türk dünyasında ilk peşəkar teatrın 150 il öncə məhz Azərbaycanda yarandığını diqqətə çatdırdı. Baş katib teatrımızın əsr yarımlıq sənət yolu haqqında söz açdı, hazırda bu sahənin inkişafına öz töhfəsini verən sənət adamlarını təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.

İlk festivalın Bakıda keçirilməsinin təsadüfi olmadığını vurğulayan Sultan Raev layihənin Türk dünyasında yeni yaradıcılıq axtarışlarına təkan verəcəyinə əminliyini bildirdi.

Çıxışlardan sonra festivalın müsabiqə proqramına daxil olan ilk səhnə əsəri – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Qarabağnamə” tamaşası təqdim edildi.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur.

XVIII əsrdə Qarabağ xanlığının mərkəzi Şuşada baş vermiş tarixi hadisələrdən bəhs edən tamaşa izləyicilər tərəfindən maraqla qarşılandı.

# 2315 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər