Bakıda gürcüstanlı rəssamın sərgisi açılıb

Bakıda gürcüstanlı rəssamın sərgisi açılıb
1 dekabr 2021
# 10:01

Noyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində məşhur gürcü rəssamı, sənətşünas Nino Kipşidzenin əsərlərindən ibarət “Varlığın fraqmentləri” adlı sərginin açılış mərasimi olub.

Kulis.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir. Ekspozisiyada Nino Kipşidzenin oturtma tikmə texnikasında yaratdığı 45 panno nümayiş olunur.

Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq sərgi barədə öz fikirlərini bölüşüb. Bildirib ki, sərgidə nümayiş olunan əsərlər unikallığı ilə seçilir. “Rəssam əsərlərində gürcü tekstil sənətinin qədim ənənələrini yaşadır. Mən 2017-ci ildə Tbilisidə olarkən rəssamın emalatxanasında olmuşdum. Nino Kipşidzenin əsərləri məni valeh etmişdi və qərara gəldim ki, onun sərgisini ölkəmizdə təşkil edək”, - deyə Ş.Məlikova qeyd edib.

Sərginin açılışında iştirakdan məmnunluğunu ifadə edən Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze vurğulayıb ki, bu cür tədbirlər ölkələrimiz arasında dostluq münasibətlərinin daha da güclənməsinə səbəb olur.

Tbilisi Dövlət Universitetinin professoru İrina Koşoridze sərginin əhəmiyyətindən söz açaraq rəssamın yaradıcılığının özünəməxsusluğundan danışıb.

Sonda Nino Kipşidze çıxış edərək tədbirin təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgi gələn il yanvarın 22-dək davam edəcək.

# 3784 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər