Bakı Kitab Mərkəzində növbəti "Oxu saatı" keçirildi

Bakı Kitab Mərkəzində növbəti "Oxu saatı" keçirildi
5 dekabr 2024
# 11:10

3 may 2024-cü il tarixində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Kitab Mərkəzinin uşaq guşəsində keçirilən görüşün qonağı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva olub.

Kulis.az xəbər verir ki, “3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibəti ilə keçirilən tədbirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin və 12 nömrəli tam orta məktəbin şagirdləri və digər oxucular iştirak edib.

Səbinə Əliyeva “Oxu saatı”nda iştirak edən uşaqlara Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı” və Zahirə Cabirin “Əvvəl zaman içində” kitablarından hekayələr oxuyub.

Kitablardakı mətnləri sağlamlıq imkanları məhdud uşaqlar üçün jest dilinə “Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək” İB-nin jest dili sədri və təlimçisi Şamil Sabirzadə və Könül Quliyeva tərcümə edib.

“Oxu saatı” Səbinə Əliyevanın uşaqlarla birlikdə "Səssizlik fərq deyil, eynilikdir!" şüarını təqdim etməsi ilə yekunlaşıb.

Tədbirin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasını, informasiya əldə etmək və özlərini inkişaf etdirmək imkanlarını, o cümlədən, həmin uşaqlara mədəni xidmət göstərməklə sosial reabilitasiyalarını təmin etməkdir.

# 3527 dəfə oxunub

Oxşar xəbərlər

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

Albaniyanın Korça şəhərində Zəfər Gününə həsr olunmuş muğam konserti

17:22 7 noyabr 2026
"8 Noyabr – Zəfər Günü"  - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

"8 Noyabr – Zəfər Günü" - Milli Kitabxanada virtual və ənənəvi kitab sərgiləri

15:02 7 noyabr 2026
"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

14:27 7 noyabr 2026
Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər