Baba Vəziroğu: “Əlləri çox soyuq idi, o an içimdə olan inam yoxa çıxdı...”

Baba Vəziroğu:  “Əlləri çox soyuq idi, o an içimdə olan inam yoxa çıxdı...”
7 yanvar 2024
# 15:00

“Sən demə, həmin konsert onun minlərlə tamaşaçısı və bizlərlə vida mərasimi idi”.

Kulis.az xəbər verir ki, bu sözləri Ankarada xərçəngdən müalicə olunduğu xəstəxanada ötən gün dünyasını dəyişən Əməkdar artist Aygün Bəylər haqqında danışan Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu "Yeniçağ"a açıqlamasında deyib.

Ən yaxın dostlarından birini itirən şair göz yaşlarına hakim ola bilməyib:

“Deməyə söz də tapmıram. Sözün bitdiyi yer… Əlbəttə, ailəvi dostumuzdu, bizə çox yaxın adam idi. Tez-tez qızı ilə bizə gəlib-gedirdi. Hamımız xəstə olduğunu bilirdik. Bəlkə də, bu günlərdə verdiyi son konsertinə getməsəydim, bu xəbər mənə belə təsir etməzdi. Çünki təkrar edirəm, xəstə olduğunu bilirdim və o ağır xəstəliyin də məntiqi sonluğu var.

O konsertə getdim və qəribə bir ümid yarandı məndə. Sevindim ki, şükürlər olsun, bu sənət xəstəliyə qalib gəldi. Yəni Aygün yenidən səhnədədir. Təxminən iki saata yaxın davam edən konsertində ən gözəl mahnılarını ifa etdi. Elə bildik, Aygünün həyatında yeni bir mərhələ başladı və bu xəstəliklə apardığı ağır mübarizədən sonra qalib kimi səhnəyə çıxdı.

Sən demə, həmin konsert onun minlərlə tamaşaçısı və bizlərlə bir vida mərasimi idi. Yəqin ki, bir daha bu qədər insanı bir yerə yığıb vidalaşmaq şansının olmadığını hiss edərək sevənlərini Heydər Əliyev Sarayına yığmışdı. Sonda hamı ilə görüşürdü. Əlini tutanda gördüm, ovucu su içindədir və çox soyuqdur. Həmin an içimdə olan inam yoxa çıxdı. Anladım ki, Aygünün bizlərlə son görüşüdür.

Belə xəbərlər həmişə insanı qəfil yaxalayır. Ölüm xəbəri heç vaxt adi qarşılanmır. Elə bil yayın ortasında göydən lopa-lopa qar yağır. Yəni xəbər insana qəfil və sarsıdıcı təsir göstərir. Mən deyərdim ki, sağlığında daha layiqincə qiymətini almayan bir sənətkarı itirdik. Bunu həmişə deyirəm. Həyatı yoxsulluq, qayğılar, vurnuxmalar içində keçsə də, əyilmədi, sınmadı. Azərbaycan xalqına və musiqisinə xidmət etdi… Sonda da həyatı qədər sevdiyi torpağa qovuşdu”.

# 11887 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər