Azərbaycanlı rəssamın əsəri 10 min dollara satışa çıxarıldı -Bakıda

Azərbaycanlı rəssamın əsəri 10 min dollara satışa çıxarıldı -Bakıda
27 fevral 2025
# 18:20

Azərbaycanlı rəssam Şahin Quliyevin “Reformasiya” adlı əsəri satışa çıxarılıb.

Lent.az xəbər verir ki, kətan üzərində yağlı boya ilə işlənmiş bu sənət əsəri 10 000 ABŞ dolları dəyərində qiymətləndirilib. Rəsmi gənc kolleksiyaçı Nicat Azayev satışa təqdim edib.

Kolleksiyaçı Nicat Azayev, rəssamın bu əsərdə Alman İntibahının iki mühüm şəxsiyyətini – dini islahatçı Martin Lüter və incəsənət ustası Albrext Düreri birləşdirərək, vizual və ideoloji körpü yaratdığını vurğulayır. Rəsmdə Lüterin dini reformasiya ideyaları ilə Dürerin sənətdə humanizmi ifadə edən yaradıcılığı sintez olunub.

Kolleksiyaçının sözlərinə görə, hər iki şəxsiyyət 16-cı əsrdə Almaniyada böyük dəyişikliklərə təsir göstərib. Lüter Katolik Kilsəsinə meydan oxuyaraq dini reformasiya aparıb, Dürer isə Alman İntibahının əsas sənətkarlarından biri olub. Hər ikisi çap texnologiyasının gücündən istifadə edərək öz ideyalarını yaymağa müvəffəq olub:

“Şahin Quliyev “Reformasiya” əsərində Lüterin mənəvi azadlıq uğrunda apardığı mübarizəni və Dürerin insanın fiziki və intellektual gücünü əks etdirməsini bir obrazda cəmləyib. Bu əsər həm intellektual, həm də mədəni transformasiyanı simvolizə edir”.

Bu əsərin kim tərəfindən əldə ediləcəyi maraq doğurur.

# 144 dəfə oxunub

Oxşar xəbərlər

"Avatar canlı konsert"i nümayiş olunacaq

"Avatar canlı konsert"i nümayiş olunacaq

18:30 27 fevral 2025
Jurnalist Azər İsrafilov üçüncü dəfə həbs olundu

Jurnalist Azər İsrafilov üçüncü dəfə həbs olundu

17:25 27 fevral 2025
Ayşat Kadırova Çeçenistan hökumətindəki vəzifəsindən istefa verib

Ayşat Kadırova Çeçenistan hökumətindəki vəzifəsindən istefa verib

17:16 27 fevral 2025
​​​​​​​Prokuror Ağadadaş Ağayevə cəza istədi

​​​​​​​Prokuror Ağadadaş Ağayevə cəza istədi

17:00 27 fevral 2025
Məşhur şoumenin 3 ilə qədər həbsi istənilir

Məşhur şoumenin 3 ilə qədər həbsi istənilir

16:35 27 fevral 2025
"Nəfəs" filmi ilk dəfə yayımlandı

"Nəfəs" filmi ilk dəfə yayımlandı

15:54 27 fevral 2025
#
#
# # #