Azərbaycanlı rejissorun təhsil haqqının yubadılmasına aydınlıq gətirildi

Azərbaycanlı rejissorun təhsil haqqının yubadılmasına aydınlıq gətirildi
3 sentyabr 2026
# 18:12

"Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqının ödənilməsilə bağlı yaranmış problem Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülüb".

Bu barədə APA-nın sorğusuna cavab olaraq ARKA-dan məlumat verilib.

Bildirilib ki, Afaq Yusiflinin təhsil haqqı qismən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi:

"Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirib. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsil haqqının ödənilməsində problem yaranıb.

Artıq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin tərəfindən vəsaitin qalan hissəsinin də ödənilməsi üçün lazım olan addımların atılmasına başlanlıb. Məsələ ən qısa zamanda tam həllini tapacaqdır".

***

14:18

"Afaq Yusiflinin təhsil haqqının ödənilməməsi ilə bağlı məsələ sırf texniki xarakter daşıyır və müvəqqətidir".

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Bildirilib ki, problem AKİ-nin sədrliyinə sentyabrın 11-də keçiriləcək seçki konfransından sonra həllini tapacaq.

"Onu da qeyd edək ki, AKİ həmişə gənc kinematoqrafçılara dəstək olub, bundan sonra da onların inkişafına dəstək xətti davam edəcək. Ona görə də sosial mediada Afaq Yusifliyə AKİ nin dəstək olmayacağı məsələsi ilə bağlı yayılmış fikirlər əsassızdır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, rejissor Afaq Yusifli 2025-ci ildə Mədəniyyət Nazirliyinin “Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində Avstraliyanın Melburn Universitetinin Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramına qəbul olunub. Onun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, birinci semesterinin ödənişini Mədəniyyət Nazirliyi həyata keçirib. İkinci semesterinin ödənişi isə Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabına köçürülüb. Həmin vaxt İttifaqın sədri, Xalq artisti Rasim Balayev vəfat etdiyi üçün sədrin imzası olmadan pulu universitetin hesabına köçürmək mümkün olmayıb. Üçüncü semesterin ödənişi isə aidiyyəti üzrə universitetə köçürülüb. Hazırda ikinci semsterin pulu (25.500 manat) universitetə köçürülmədiyi üçün Afaq Yusifli universitetdən dəfələrlə xəbərdarlıq alıb və hazırda ali təhsil ocağından uzaqlaşdırılmaq təhlükəsi ilə üz-üzədir.

# 343 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda Bilik Günü  qeyd olunur

Azərbaycanda Bilik Günü qeyd olunur

09:50 15 sentyabr 2026
Aptekdə işlədi, oteldə yaddaşını itirdi... - “Detektiv kraliçası” haqqında maraqlı faktlar

Aptekdə işlədi, oteldə yaddaşını itirdi... - “Detektiv kraliçası” haqqında maraqlı faktlar

09:40 15 sentyabr 2026
Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb

Tanınmış rejissor şəxsi əşyalarını Servantes İnstitutuna verdi - Səbəb

09:25 15 sentyabr 2026
Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı

Azərbaycan “Ən yaxşı mətbəx” nominasiyasında Daşkənddə mükafatlandırıldı

09:15 15 sentyabr 2026
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi

17:45 14 sentyabr 2026
“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyası

17:30 14 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər