Azərbaycanlı dirijorun rəhbərliyi ilə Mariinski Teatrı Qətərdə çıxış etdi

Azərbaycanlı dirijorun rəhbərliyi ilə Mariinski Teatrı Qətərdə çıxış etdi
11 dekabr 2023
# 10:15

Qətərin paytaxtı Dohanın ən böyük səhnələrindən biri olan “Al Mayassa” teatrında Mariinski Teatrının tarixi səfəri gerçəkləşib.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Mariinski Teatrın böyük simfonik orkestri və bu teatrının Primorski filialının balet truppasının iştirakı ilə dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin möhtəşəm tamaşaları gerçəkləşib.

Mariinski Teatrının baş baletmeysteri, Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin quruluş verdiyi baletdə prima balerinalar Anna Samostrelova, Liliya Berejnova, premyer rəqqaslar Sergey Umanets və Viktor Mulıqin, Yuriy Zinnurov, Saki Nisida və Arina Naqase (Yaponiya), Lada Sartakova, Aleksandra Şalimova və digər ulduzlar iştirak ediblər.

Dörd gün davam edən hər tamaşanın sonunda dinləyicilər azərbaycanlı dirijoru və balet iştirakçılarını sürəkli alqışlarla ayaq üstə qarşılayıblar. Simfonik orkestrlə bərabər Larisa Şveykovskayanın rəhbərliyi ilə qadın xoru və istedadlı opera müğənniləri Anastasiya Kikot və Alina Mixaylikinin (soprano) iştirakı tamaşalara xüsusi rəng qatıb. Bəstəkar Fikrət Əmirovun əsərdə istifadə etdiyi musiqi alətləri sırasında Azərbaycan xalq çalğı aləti olan tarın ifası isə Mariinski teatrın 100 nəfərlik orkestrinə xüsusi kolorit və zənginlik bəxş edib. Belə ki, iki ölkənin tarzənləri Ramin Əzimov və Nadejda Medvedevanın ifası yerli dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. 200 nəfərlik heyətlə Dohaya səfər edən Mariinski Teatrının tamaşalarında Qətər əmirinin ailə üzvləri, ölkənin tanınmış siyasi və biznes rəhbərləri, ictimaiyyət nümayəndələri, Azərbaycanın Qətərdəki diplomatik missiyasının nümayəndələri iştirak ediblər.

Rusiyanın “Rosneft” şirkətinin bilavasitə təşkilati dəstəyi ilə keçirilən baletin tamaşalarının növbəti ünvanı fevralda Sankt-Peterburq, aprel ayında isə Çinin paytaxtı Pekin şəhəri olacaq. Azertac

# 1880 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər