“Azərbaycanım” beynəlxalq jurnalının 20 illiyi qeyd edilib

“Azərbaycanım” beynəlxalq jurnalının 20 illiyi qeyd edilib
7 sentyabr 2024
# 12:52

Sentyabrın 5-də “Azərbaycanım” beynəlxalq jurnalının fəaliyyətinin 20 illiyinə həsr olunmuş yubiley tədbiri və “Qərbi Azərbaycan və Qarabağ ensiklopediyası”nın təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə rəsmilər, tanınmış yazarlar, ictimai xadimləri, digər şəxslər iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, birliyin sədr müavini Çingiz Abdullayev və başqaları çıxış ediblər. Qeyd olunub ki, jurnal 20 illik fəaliyyəti ərzində bir sıra uğurlara imza atıb, ölkəmizin beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verib. “Qərbi Azərbaycan və Qarabağ ensiklopediyası”nın müəllifi, “Azərbaycanım” jurnalının baş redaktoru Emil Nəsirli tədbir iştirakçılarına təşəkkürünü bildirib. Kitab haqqında danışan müəllif deyib ki, nəşrdə Azərbaycanın ən qədim və zəngin tarixə malik bölgələrindən olan Qərbi Azərbaycanın tarixi, coğrafiyası, ictimai-siyasi, sosial-iqtisadi həyatı barədə məlumatlar yer alıb. Həmçinin Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad edilməsi, həmin ərazilərdə dövlətimiz tərəfindən həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri və s. barədə də kitabda söz açılır.

Sonda tədbir iştirakçıları jurnalın 20 illiyinə həsr olunmuş sənədli filmi izləyiblər.

# 3467 dəfə oxunub

Oxşar xəbərlər

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

Yeniyetmələr üçün ədəbiyyat bazarı kiçilir – Romantik romanlar üstünlük qazanır

13:04 12 noyabr 2026
Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

12:53 12 noyabr 2026
Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

Məşhur komediyaçı azyaşlılara qarşı cinsi istismarda təqsirləndirildi

12:03 12 noyabr 2026
Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

Azərbaycan kinosunun inkişafına 9 milyon manat ayrılacaq

11:33 12 noyabr 2026
Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər