Azərbaycanda insan gec yetişir - Aqşin Yenisey

Azərbaycanda insan gec yetişir - Aqşin Yenisey
11 fevral 2025
# 13:40

Kulis.az Aqşin Yeniseyin "Azərbaycanda insan gec yetişir" yazısını təqdim edir.


Azərbaycanda insan gec yetişir. Ümumiyyətlə, islam coğrafiyasında insanın yetişməsi üçün şərait münbit deyil.

Çünki islam inzibati bir dindir. Bizdə bunun üstünə bir də kommunist inzibatilik əlavə olunub.

İslamın inzibati rejimindən çıxıb kommunizmin inzibati rejiminə düşmüşük.

Hətta estetik zövqümüzü belə bu inzibatiliyin senzurası formalaşdırıb.

Park kolları kimi dördküncük. Kollardan biri qol-budaq atan kimi bu senzuranın tərbiyəsində böyümüş cəmiyyət hər tərəfdən tökülüşüb onu budayır.

Estetik zövq gec formalaşan intellektual bir dəyərdir. Bir şairin, bir rəssamın gələcəkdə başa düşülməsi onun gələcəkdə yaşadığına dəlalət etmir, müasirlərinin zövqünün keçmişdə yubandığına dəlalət edir.

Azərbaycanda insan öz ömrünün böyük bir hissəsini keçmişdə yubanmağa xərcləyir.

Məsələn, sən bir müsiqiçisənsə, səsinin, ifanın ən enerjili çağlarını özündən əvvəlkilərin feyziyabına həsr etməlisən.

Bir şairsənsə ilhamının ən gur dövrünü Füzulinin keşiyini çəkməklə keçirməlisən.

Bir filosofsansa, zəkanın ən dəli çağlarını Şərq müdrikliyinin qapısını süpürməklə yola verməlisən.

İctimai sərmayə də keçmişdə yubananlara qoyulduğu üçün bir müddətdən sonra gələcəyə qaçıb ac qalanlar da geri dönür.

Yetişmə prosesi kallığa doğru geri çevrilir. Fikir vermişəm, harda ki, özünü yetişkin kimi aparırsan, hamı nifrət edir, harda ki, özünü kallığa vurursan, hamının əziz-giramisi olursan.

# 3662 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər