Azərbaycanda ilk - Səhnə teatrı “ev teatrı” üslubunda tamaşa hazırladı

Azərbaycanda ilk - Səhnə teatrı “ev teatrı” üslubunda tamaşa hazırladı
8 may 2023
# 14:30

Səhnə teatrı R.İbrahimbəyovun “Şirəbənzər” və E. Olbinin “Zooparkda nə baş verdi?” tamaşalarını “ev teatrı” üslubunda hazırlayıb.

Kulis.az xəbər verir ki, hər iki tamaşanı quruluşçu rejissoru Elvin Mirzəyevdir.

“Ev teatrı” - adından da göründüyü kimi bir evin az sayda qonaqlar üçün otaq şəraitinə uyğun olan tamaşalar hazırlayan teatrdır. Bu, müasir teatr formasıdır və bu üslubda hazırlanan tamaşalarda müxtəlif teatr məktəblərinin qazandığı nailiyyətlərin sintezindən geniş istifadə edilir.

Günü- gündən tamaşaçıların rəğbətini qazanan tamaşalara, xalq artistləri Fəxrəddin Manafov, Şükufə Yusupova, Pərviz Məmmədrzayev və digər sənət adamları da təşrif buyururlar.

“Şirəbənzər” və “Zooparkda nə baş verdi?” tamaşaları, üç ilə yaxındır ki, mütamadi fəaliyyət göstərən, “ Bir dəfə Qarabağda”, “Molla Nəsrəddin 2022”, “Qaranlıqdan işığa”, “Qurd əfsanəsi” və “ Elçilik” tamaşaları ilə tamaşaçı rəğbəti qazanmış Səhnə teatrının repertuarını zənginləşdirir.

Hər həftənin şənbə və bazar günləri Səhnə teatrı tamaşaçılarının yolunu gözləyir.

Biletləri İTİCKET.AZ saytından ala bilərsiniz.

# 2970 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər