Azərbaycanda çəkilən ilk cizgi serialının təqdimatı olub

Azərbaycanda çəkilən ilk cizgi serialının təqdimatı olub
2 iyun 2025
# 14:48

İyunun 2-də “ARB Günəş” və “Animacenter” özəl animasiya mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gələn ölkənin ilk cizgi serialının DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təqdimatı olub.

Kulis.az xəbər verir ki, maarifləndirici və əyləncəli məzmuna malik “Balaş” adlı cizgi serialı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mərkəzdə həssas qruplara aid uşaq və yeniyetmələrə təqdim edilib.

Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə əlilliyi olan şəxslər və digər həssas qruplardan olanların yaradıcı potensialının inkişafı üçün aparılan işləri diqqətə çatdırıb.

“ARB Günəş” televiziyasının rəhbəri Məhsim Məhsimov 10 il əvvəl fəaliyyətə başlayan bu televiziyanın 2018-ci ildə yaradılan peşəkar dublyaj studiyasında onlarla cizgi və animasiya filminin Azərbaycan dilinə tərcümə olunaraq, azyaşlı izləyicilərə təqdim edildiyini bildirib.

Təqdimat mərasimində serialının rejissoru və animatoru Sultan Abbasbəyli, ssenari müəllifi Reyhan Yusifqızı, serialda müxtəlif personajları səsləndirən Rəhim Rəhimov çıxış edərək cizgi serialının uşaqları maarifləndirəcəyini söyləyiblər.

Artıq 28 seriyası hazır olan bu cizgi filmi uşaqlara milli dəyərləri, ailə bağlarını, dostluq münasibətlərini və əxlaqi prinsipləri aşılayır, onların estetik zövqünü inkişaf etdirir.

Qeyd edək ki, təqdimat mərasiminin sonunda uşaqlara “ARB Günəş” televiziyası tərəfindən müxtəlif mövzuda uşaq ədəbiyyatı nümunələri paylanılıb.

# 1801 dəfə oxunub

Oxşar xəbərlər

56 yaşlı kuryer ədəbiyyat mükafatı qazandı

56 yaşlı kuryer ədəbiyyat mükafatı qazandı

14:40 20 iyul 2026
Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlandı

13:03 20 iyul 2026
Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi

12:00 20 iyul 2026
Ermənilərin öldürmək istədiyi Xalq artisti - Ramiz Əzizbəyli kimdir?

Ermənilərin öldürmək istədiyi Xalq artisti - Ramiz Əzizbəyli kimdir?

11:33 20 iyul 2026
"Amerika Prometeyi":Tarixin ən ziddiyyətli alimi

"Amerika Prometeyi":Tarixin ən ziddiyyətli alimi

11:00 20 iyul 2026
"Qocalara yer yoxdur"un müəllifi - O, niyə durğu işarələrinə nifrət edirdi?

"Qocalara yer yoxdur"un müəllifi - O, niyə durğu işarələrinə nifrət edirdi?

10:17 20 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər