Azərbaycana köçmək istəməyən yoldaşından boşandı, Şövkət Ələkbərovaya qarşı çıxdı – Onu niyə ölümlə hədələdilər?

Yaqub Zurufçu. Əməkdar artist

Yaqub Zurufçu. Əməkdar artist

11 avqust 2021
# 12:00

Bu gün Azərbaycanın Əməkdar artist, müğənni Yaqub Zurufçunun anım günüdür. Kulis.az onun haqqında 10 maraqlı faktı təqdim edir.


Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olan Yaqub musiqiyə atası həvəsləndirib, ona yaxşı səsi olduğunu deyir. Atasının sözündən həvəslənərək həyətdə-bacada mahnılar oxumağa başlayan Yaqub 7 yaşında Təbriz radiosunun uşaqlar proqramında iştirak edir, şövqlə oxuduğu "Cücələrim" mahnısı ilə İranda tanınır, dillər əzbəri olur.

1979-cu ildə İranda baş verən "İslam inqilabı"ndan sonra İranda musiqi qadağan olunur, musiqi ilə məşğul olanlar isə həbs edilir. 1985-ci ilə qədər İranda yaşayan müğənni günlərin birində oranı tərk etmək qərarına gəlir. Universiteti başa vuran kimi Almaniyaya üz tutur. Almaniyaya köçən müğənni öz musiqi təhsilinə Hamburq şəhərində davam etdirir.

***

1989-cu ildə müğənniyə Almaniyada yaşayanda Huşəng adlı dostu zəng vurub bildirir ki, Gülağa Məmmədov Almaniyadadır: “Burdadır, sənin “Ayrılıq” mahnının klipinə baxıb, çox bəyənib”. Bundan sonra müğənni özü telefonda Gülağa müəllimlə danışıb görüşür. Onlar səhərə qədər söhbət edirlər. Gülağa Məmmədov onun “Ayrılıq” mahnısına çəkilmiş klipin video yazısını Bakıya gətirir. Bundan sonra bu mahnı Azadlıq hərəkatının simvoluna çevrilir. Yaqub Zurufçu Gülağa Məmmədovun və yazıçı Elçinin dəvəti ilə Bakıya gəlir.

Yaqub Zurufçu Bakıya gələndən bir neçə gün sonra oktyabrın 29-da Azadlıq Meydanında konsert verməyə hazırlaşır. KQB-dən onun yanına gəlib deyirlər ki, sənin konsert verməyə haqqın yoxdur, SSRİ-də insanların bir yerə toplanması qadağandır. Konsert zamanı sənə atəş aça bilərlər. Biz isə səni qoruya bilməyəcəyik. Öz dilindən məktub yaz ki, məsuliyyəti üzərinə götürürsən. Yaqub Zurufçu qaldığı “Azərbaycan” mehmanxanasının pəncərəsindən meydana yığılan insanları göstərib deyir:

“Mən onlara söz vermişəm. Nəyin bahasına olursa-olsun, meydana çıxıb konsert verəcəm. Siz qadağan etsəniz də, çıxacam”.

Daha sonra Elçibəy otelə onun yanına gəlir və deyir:

“Biz özümüz səhnənin arxasında sənin yanında olacağıq, narahat olma.”

Konsert baş tutur. Heç bir hadisə, ixtişaş baş vermir. Onunla yanaşı səhnədə Yusif Səmədoğlu, Anar, Elçibəy, Bəxtiyar Vahabzadə, Xəlil Rza və başqaları olur. Konsertdən yığılan 70 min manat pul isə Xalq Cəbhəsinə verilir. Sonradan Elçibəy ona fars dilində təşəkkür məktubu yazır.

***

Yaqub Zurufçu iki dəfə ailəli olub. İlk xanımı əslən Təbrizdən olub. Bu evlilikdən onların Dəniz adlı qızı, Tamerlan adlı oğlu dünyaya gəlib. Lakin xanımı Azərbaycanda yox, Amerikada yaşamaq istədiyindən müğənni ondan ayrılmalı və Bakıya köçməli olur.

Müğənninin ikinci evliliyi azərbaycanlı Aynur xanımla olur. Onlar İTV-kanalında birgə işlədikləri zaman tanış olub ailə qururlar. Bu evlilikdən onların bir oğlu dünyaya gəlir.

***

Bir müddət əvvəl Yaqub Zurufcu haqqında xoşagəlməz söhbətlər yayılır. Belə ki, müğənni Roza Zərgərli iddia edir ki, Xalq artisti Şövkət Ələkbərova 1990-cı ildə Almaniyaya müalicə üçün gedərkən Yaqub Zurufçunun evində qalır. Bir neçə aydan sonra Yaqub Zurufçu ona müalicə olunması üçün pul lazım olduğunu deyir və bunun üçün Şövkət xanımı konsert verməyə məcbur edir. Lakin Yaqub Zurufcu bu iddiaları rədd edir. 20 Yanvar hadisəsi ərəfəsində Şövkət xanım özü səhnəyə çıxmaq istəyib. Zurufçu isə onun səhnəyə çıxıb konsert verməsinə qarşı olub.

Xatırladaq ki, bu barədə Şövkət Ələkbərovanın gəlini də öz müsahibəsində danışaraq bildirib ki, konsert vermək Şövkət xanımın öz istəyi ilə bağlı olub. O, bununla Azərbaycanda 20 yanvar zamanı baş vermiş hadisələr zamanı şəhid və yaralıların ailəsinə maddi dəstək olmaq istəyib.

Yaqub Zurufçu ABŞ vətəndaşı olmaqla bərabər 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığını da alır. 17 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülür. 14 sentyabr 2021-ci ildə 65 yaşında koronavirusa yoluxaraq vəfat edir.

# 10152 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

"John Wick" film seriyasından yeni videooyun - Kianu Rivz ikonik obrazını canlandıracaq

18:00 4 noyabr 2026
Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

15:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər