Azərbaycan Yazıçılar Birliyində anım tədbiri keçirilib

Azərbaycan Yazıçılar Birliyində anım tədbiri keçirilib
12 dekabr 2023
# 16:20

Dekabrın 12-də Azərbaycan Yazıçılar Birliyndə (AYB) Ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümə həsr olunmuş anım tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq Ulu öndər ilə bağlı xatirələrindən danışıb.

Heydər Əliyevin hər zaman Azərbaycan mədəniyyətinə, Azərbaycan ədəbiyyatına, qələm adamlarına xüsusi qayğı göstərdiyini qeyd edən Xalq yazıçısı, onun dahi bir şəxsiyyət kimi heç bir zaman unudulmayacağını və xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

AYB sədrinin müavini Rəşad Məcid Ümumilli liderin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamından və “Heydər Əliyev ili” çərçivəsində təşkil edilmiş müxtəlif tədbirlərdən söz açıb:

“Bu tədbirlərlə yanaşı Azərbaycan yazıçılarının Ulu öndərə həsr etdiyi sanballı kitabları qeyd etmək yerinə düşər. Elmira Axundovanın, Həsən Həsənovun, Vilayət Quliyevin kitablarını qeyd etmək olar. Onlardan biri də Anar müəllimin təşəbbüsü ilə Yazıçılar Birliyi tərəfindən çap edilmiş, Elçin Hüseynbəylinin tərtib etdiyi yazıçılarımızın xatirələrindən ibarət “Əbədi ömrün yüz ili” kitabı idi. Bu kitab tarixi bir kitabdı. Anar müəllimin bir neçə dəfə çıxışlarında dediyi kimi bizim zəfərimizin atası İlham Əliyevdirsə, babası Heydər Əliyevdir”.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Ulu öndərin qatıldığı tədbirlərdə jurnalist kimi dəfələrlə iştirak etdiyini qeyd edib. Elçin Hüseynbəyli həmin tədbirlərdə müşahidə etdiyi maraqlı məqamlara toxunub.

“Onunla işləyən adamlar çox xoşbəxt adamlardır. Çünki Ulu öndər dostluğa, sədaqətə dəyər verən şəxsiyyət idi. Ruhu şad olsun!”

Sonra AYB katibi Səlim Babullaoğlu çıxış edib:

“Heydər Əliyevin çoxlu xidmətləri var. Azərbaycanın həyatının hansı istiqamətinə baxsan orada Ulu öndərin ayaq izlərinə rast gəlmək olar. Amma xüsusi əhəmiyyətli məsələlərindən biri Azərbaycan dili ilə bağlı olan məsələdir. Azərbaycan hətta Ukraynadan da qabaq Azərbaycan dilini dövlət dili elan etmişdi”.

Tədbirdə çıxış edən Vaqif Əlixanlı, İntiqam Qasımzadə, Seyran Səxavət və başqa qələm adamları da Ulu öndərlə bağlı xatirələrini bölüşüb, onun qələm adamlarına qarşı diqqət və qayğısından söz açıblar.

# 2444 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər