Azərbaycan rejissoru On5sıfır7 Film həftəsində

Azərbaycan rejissoru On5sıfır7 Film həftəsində
12 iyul 2023
# 10:25

İyulun 10-da İstanbulda 15 Temmuz Dərnəyi və Türkiyə Kültür və Turizm Nazirliyinin təşkilatçılığı ilə On5sıfır7 Film həftəsinin alılışı olub. Film həftəsində çevriliş, dirəniş və azadlıq mövzularında filmlər göstəriləcək.

Kulis.az xəbər verir ki, açılış mərasimində çıxış edən 15 Temmuz Dərnəyi sözçüsü Zekeriyya Erdem 2015-ci il iyulun 15-də Türkiyə dövlətinə qarşı çevrilişin millətin dirənişi ilə baş tutmadığını və bu mövzunun həm ədəbiyyatda, həm kinoda çeşidli yönlərdən işıqlandırılmasının vacib olduğunu bildirib: “İşğal cəhdinin qarşısının alınması zamanı baş verənlər hər hansı sosial, siyasi qurumun təşkil etmədiyi, təbii olaraq yaranan sivil bir dirəniş dastanıydı ki, biz bu dastanı mütləq sənətə köçürərək gələcək nəsillərimizə ötürməliyik”.

Azərbaycan rejissoru Elxan Cəfərov On5sıfır7 Film həftəsinə fəxri qonaq kimi qatılıb. Rejissor açılış mərasimindəki çıxışında Türk Dövlətlər Birliyi çərçivəsində türk kinosunun türk dövlətlərində daha möhkəm bağlar qurmasının vacibliyindən danışıb: “Türkiyə 200-cü ilinin başlanğıcında türk sənət cameəsinin üzərinə böyük görəvlər düşür. Türk Dövlətlər Birliyinin üzvü kimi Azərbaycan tarixi köklərə dönüş, sovetlər dönəmində yasaqlanan milli kimlik, türk cümhuriyyətlərilə ortaq mirasın öyrənilməsi və gələcəyə daşınması mövzularına önəm verməkdədir. Çünki zaman bizim türk dövlətləri olaraq bir-birimizə daha möhkəm bağlanmağımızın milli və dövlət təhlükəsizliyimiz üçün açar olduğunu sübut edib. Türkiyə dövlətinə qarşı qurulan 15 iyul çevriliş cəhdi orduda, hakimiyyətdə, toplumda cümhuriyyət dəyərlərinə sahib çıxan, millətimizin heç zaman köləliyi qəbul etməyən nəfərlərinə görə baş tutmadı. Türk milləti qazi Mustafa Kamal Atatürkün vəsiyyətinə əməl edərək milli iradəni heç sayanlara fürsət verməyərək təksə Türkiyə üçün deyil, həm də bütün türk dövlətləri və topluluqları üçün əvəzsiz bir örnək yaratdılar. Bu gün Turan yolunda irəliləməyimiz həm də bu örnək sayəsindədir”.

Elxan Cəfərov bildirib ki, tarix qədər əngin olan türk coğrafiyasında keçmişdən günümüzə gəlib çatan mirası gələcəyə daşımanın ən gözəl yollarından biri kinodur və sənət aləmi üzərinə düşən missiyanı uğurla gerçəkləşdirmək üçün çağın bütün fürsətlərindən yararlanmalıdır.
Qırğızıstan rejissoru Sadık Şir-Niyaz film həftəsinə Kurnamcan Datka filmi ilə qatılıb. Açılış nitqində o, türk topluluqlarının bir-birini filmlər üzərindən anlatmasının vacib olduğunu deyib; “Biz bu gün övladlarımızdan – Azərbaycan, Özbəkistan, Başqırdıstan, Yakut gənclərimizə ən yaxşı aktyor kimdir soruşsaq, Angelina Coli, Bred Pit cavabını alarıq. Fərabinin, Sinanın, Çingiz Aytmatovun məmləkətlərində bu gün övladlarımız bu oyunçuları bəyənir. Halbuki biz uşaqlığımızda Aytmatovlarla, Türkan Şoraylarla böyüdük. Bu səbəbdən sənət münasibətlərimizi daha da dərinləşdirməmizə çox ciddi şəkildə dərinləşdirməyə ehtiyac var”.

İranı isə film həftəsində Güney Azərbaycandan olan rejissor Hüseyin Laleh Təbriz işğalından xatirələr filmi ilə təmsil edir. Film II Dünya Savaşından sonra 1945-46-cı illərdə sovet qoşunlarının Təbrizi mühasirədə saxlamasından bəhs edir. Açılış mərasimindəki çıxışında Hüseyin Laleh tarixdən dərs çıxarmaq üçün filmlər vasitəsilə tarix yaddaşının diri tutulmasının vacibliyini vurğulayıb: “Tarix boyu sağlam düşüncəli insanlar çevrilişə dəstək verməyiblər və çevriliş cəhdinin ilk qurbanları çevrilişi həyata keçirənlərin özləri olub. Çağdaş dünya bu gerçəyi heç zaman unutmamalıdır”.

# 2053 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

17:52 5 noyabr 2026
76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

16:43 5 noyabr 2026
Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər