Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalandı

Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında memorandum imzalandı
17 sentyabr 2024
# 10:29

Rusiyanın Sankt-Peterburq şəhərində “XXI əsrin mədəniyyəti: suverenlik yoxsa qlobalizm?” mövzusunda X Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumu çərçivəsində təşkil olunan “Tarixi binalarda muzeylər” adlı sessiyada Azərbaycan Milli İncəsənət Muzeyi ilə Rusiya Dövlət Ermitajı arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.

Kulis.az xəbər verir ki, mədəni əlaqələrin və elmi tədqiqatların inkişafında mühüm addım kimi qiymətləndirilən memorandumu Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və Dövlət Ermitajının elmi işlər üzrə baş direktor müavini Georgi Vilinbaxov imzalayıblar. Memorandum muzey işi və mədəni-tarixi irs obyektlərinin mühafizəsi sahəsində birgə əməkdaşlığı, Ermitajın AMİM-in Qərbi Avropa incəsənətinə aid eksponatlarının atribusiyasına yardım göstərməsini, bərpa məsələləri üzrə məsləhətləşmələri, mütəxəssislərin təcrübə mübadiləsini, eləcə də Azərbaycanda “Ermitaj günləri”nin keçirilməsi və digər məsələləri nəzərdə tutur.

Beynəlxalq tədbir çərçivəsində, həmçinin Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rəssamlıq Akademiyası Muzeyi (Sankt-Peterburq) ilə də qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Memorandumların məqsədi muzeylər arasında qarşılıqlı əlaqəni genişləndirmək, bərpa, arxeoloji tədqiqatlar və muzey işi sahəsində təcrübə mübadiləsi aparmaqdır. Qeyd edilən tərəfdaşlıqlar incəsənət əsərlərinin tədqiqi və nümayişi üçün yeni imkanlar açacaq, həmçinin geniş auditoriyanın muzeylərin unikal kolleksiyalarına əlçatanlığını təmin edəcək.

Qeyd edək ki, Şirin Məlikova beynəlxalq forumun “Tarixi binalarda muzeylər” adlı sessiyasında çıxış edib. O bildirib ki, tarixi binalarda yerləşən muzeylər mədəni irsin qorunmasında mühüm rol oynayır. Bu cür unikal məkanlar yalnız eksponatların saxlanıldığı yerlər deyil, eyni zamanda memarlıq abidəsi kimi ziyarətçilərə təkrarolunmaz təəssürat oyadırlar.

# 2211 dəfə oxunub

Oxşar xəbərlər

“Oasis”  “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

“Oasis” “Rock & Roll Hall of Fame” mərasiminə qatılmayacaq

12:38 14 noyabr 2026
Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

Martin Lüter Kinqin məşhur nitqinin əlyazması tapıldı – 10 milyon dollardan baha satıla bilər

11:52 14 noyabr 2026
“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

“Ceyms Bond” filmlərinin prodüseri tarix yazdı – Barbara Brokkoli ilk qadın prezident seçildi

11:03 14 noyabr 2026
Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

Fransada süni intellektlə yazılan əsərə mükafat verəcəklər – Ədəbiyyatda yeni dövr

10:29 14 noyabr 2026
Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər