Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir

Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari müsabiqəsi elan edir
31 yanvar 2024
# 12:31

Vətən müharibəsi təkcə ordumuzun yox, arxa cəbhədəki insanların şücaəti ilə də yadda qaldı. “Arxa cəbhə insanları” mövzusu dünya kinosu üçün münbit sahə olaraq, kino tarixinə ölməz şedevrlər bəxş edib. Bu mövzuda kino tariximizin Qızıl fonduna daxil olan filmlərimiz var: “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi”, “Mən ki gözəl deyildim” və s.

Kulis.az xəbər verir ki, vətən müharibəsində arxa cəbhədə olan sadə insanın həyatında müharibənin əks-sədasını göstərmək, qazanılan qələbədə onların oynadığı rolun böyüklüyünü tarixə həkk etmək üçün Azərbaycan Kinematoqrafçılar İttifaqı “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir.

Müsabiqədə iştirak üçün qısametrajlı bədii filmin ssenarisi, heç bir janr məhdudiyyəti olmadan, 52 dəqiqəni keçməmək şərtilə (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa) əlaqə telefonu və e-mail ünvanı) birlikdə elektron variantda [email protected] email ünvanın “Arxa cəbhənin insanları” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim edilməlidir. Bir müəllif maksimum üç ədəd ssenari təqdim edə bilər.

Ünvan: Bakı şəhəri, Bülbül prospekti 30

Son müraciət tarixi: 1 may 2024-cü il

I tura keçid almış ssenarilər 1 iyul 2024-cü il tarixində elan olunacaq.

Qalib ssenarilər 2 avqust 2024-cü il tarixində elan olunacaq.

Mükafatlar: I yer- 2000 AZN

II yer- 1500 AZN

III yer- 1000 AZN

Ətraflı məlumat üçün 012 (493-65-86) telefon nömrəsi ilə həftəiçi saat 14:00-dan 17:00-a qədər zəng edib məlumat ala bilərsiniz.

# 3172 dəfə oxunub

Oxşar xəbərlər

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Xalq rəssamının oğlu vəfat etdi

Xalq rəssamının oğlu vəfat etdi

11:27 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər