Azərbaycan Beynəlxalq Çay Günündə təmsil olundu

Azərbaycan Beynəlxalq Çay Günündə təmsil olundu
30 iyun 2023
# 10:11

Azərbaycan Parisdə, UNESCO-nun iqamətgahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.

Kulis.az xəbər verir ki, tədbirdə ölkəni Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və Toğrul Nərimanbəyov Assosiasiyası təmsil edib.

Stenddə Azərbaycan çayı, çay məhsulları, ölkəyə həsr olunmuş kitablar nümayiş olunub.

Azərbaycan stendini müxtəlif ölkələrin diplomatları, jurnalistlər və digər qonaqlar ziyarət ediblər.

Tədbirdə Parisdə fəaliyyət göstərən Azərbaycan məktəbinin uşaqları milli geyimlərimizi nümayiş etdiriblər. Həmçinin Azərbaycan çayına, çay süfrəsi mədəniyyətinə həsr olunmuş videoçarx da nümayiş olunub.

Qeyd edək ki, ölkəmiz artıq ikinci ildir ki, bu beynəlxalq tədbirdə təmsil olunur.

Festivalda Qazaxıstan, Qırğızıstan, Çin Xalq Respublikası, İndoneziya, Şri-Lanka, Vyetnam və digər ölkələr təmsil olunublar.

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

18:57 20 noyabr 2026
Ayasofiyada qədim tunellər aşkar edildi

Ayasofiyada qədim tunellər aşkar edildi

18:16 20 noyabr 2026
Bruno Marsın ailəsində ağır itki

Bruno Marsın ailəsində ağır itki

17:37 20 noyabr 2026
Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

Kris Prat yeni fantastik filmdə baş rola çəkiləcək

17:03 20 noyabr 2026
Nadir Bədəlov:  “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

Nadir Bədəlov: “Azərbaycan kinosu yox, Bakı kinosu var” – MÜSAHİBƏ

16:32 20 noyabr 2026
Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

Azərbaycan mahnıları ingiliscə, dünya hitləri azərbaycanca

16:00 20 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər