Azərbaycan ailəsindən övlada dost çıxmaz - Orxan Saffari

Azərbaycan ailəsindən övlada dost çıxmaz - Orxan Saffari
26 avqust 2024
# 15:43

Kulis.az Orxan Saffarinin "Azərbaycan ailəsi" adlı yazısını təqdim edir.


Azərbaycan ailəsindən birmənalı şəkildə dost çıxmaz.

Xüsusi ilə də bizim kimi cəmiyyətlər üçün “İnsanın ən yaxın dostu, onun ailəsidir” kimi yanlış, pafoslu bir ifadə yoxdur. Sadə, həyatla, dünyayla, yaşamaqla heç bir haqq-hesabı olmayan adamlar, əlbəttə ki, mütəmadi olaraq özlərini mənasız romantik pafoslarla aldadır, içindəki natamamlığı təsəllilərlə doldurmağa çalışır. Adətən, dostsuz, yoldaşsız adamların tezisi olan bu ifadə, doğrudan da özünü aldatmağın ən yaxşı formasıdır.

Bəs necədir həqiqət? Bu gün Azərbaycan ailəsində dostluq münasibətləri varmı? Varsa, onda kim deyər, bu cəmiyyət niyə bədbəxt gündədir? Bu qayğısız, diqqətsiz, sevgisiz adamlar kimlərdir?

Əlbəttə, ailə dostdur. Yəni, əslində, belə olmalıdır. Fəqət, Azərbaycan ailəsindən birmənalı şəkildə dost çıxmaz. Bu da əlbət ki, Azərbaycan valideyni sonunadək fədakardır, özünü qurban verəndir, müqəddəsdir.

Amma Azərbaycan valideyninin bəşəri dəyərləri olmadığı üçün, lokal dünyada özünü bu cür yaxşı və pis ifadə edir. Bu gün hətta Azərbaycanda yaşı-başı keçən kişilər var ki, müqəddəs ailə hesabına yaşayır, maddi və mənəvi şəkildə ailə onu heç zaman yarımçıq qoymur. Qoca ana, ata pensiyasını narkoman oğlunun belə “patı-putusuna” verir.

Altşüur səbəblərdən biri də, Azərbaycandakı ailə dəyərləri qəbilə təfəkkürünə əsaslanmasıdır. Kobud səslənsə də, bu, belədir. Qəbilə təfəkküründə isə heç kim özbaşına, azad deyil.

Kimlərsə düşünürsə ki, bu, hər yerdə belədir, qətiyyən. Dünyanın heç bir yerində, terminoloji desək, azadlıq adının hərfi mənasının və pərdə önü görüntüsünün olduğu ölkələrdə Azərbaycandakı kimi ailə münasibətləri yoxdur. Çünki bu coğrafiyanın, genetikanın kodları ictimai təfəkkürə hesablanmayıb.

Sözsüz, danışdıqca uzatmaq, uzandıqca pafoslu danışmaq da olar. Fəqət ehtiyac yoxdur. İnsanlar, Azərbaycan insanı azadlığa o qədər tamarzıdır ki, yüngül formada səmimiyyət dostluq hesab olunur.

Məsələn, atası ilə içki içə bilən gənc oğlanlar düşünür ki, artıq dost olublar. Yaxud da, sevgilisinin olduğunu anasına deyə bilən xanımlar. Doğrudanmı dostluq budur? Qayğı, dəyərlərlə böyümək, sevgi-bunlar nədir bəs?

Məhz bu gün Azərbaycan ailə modelində dostluq anlayışı qətiyyən yoxdur. Kapitalist münasibətlər əsasında qurulan anlayışda hansı dostluqdan söz gedə bilər? Burada qız övladı müddətli, batan sərmayə, oğlan övladı isə nisbətən daha uğurlu kapital, arta bilən biznesdir.

Azərbaycan ailələrində heç kim bir-birini anlamır, hamı bir-birinə yalan danışır, qəti şəkildə isə səmimiyyət yoxdur. Bu gün hansı gənc ailəsi ilə nə qədər dostdur ki? Hansı gənc xanım ailəsini qarşısına qoyub, istəklərini, yaşamaq istədiyi həyatı deyə bilir? Yaxud da, hansı gənc kişi istədiyi formada yaşaya bilir, istəkləri nəzərə alınır? Kim öz iradəsi ilə hərəkət edir? Səmimi olmaq lazımdırsa, heç kim.
Azərbaycan ailəsi bu gün Azərbaycan gəncinə düşməndir. Amma yaxşı tərəfi odur ki, bu ailə ilə mübarizədə məğlub olanda da, səni qaldıran məhz onlar olur.

Daha açıq desək, Azərbaycan ailəsi Azərbaycan gəncinin ən mərd və ləyaqətli düşməndir.

# 2637 dəfə oxunub

Oxşar xəbərlər

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

Domeniko Skarlatti: Hendelə meydan oxuyan bəstəkarın depressiya və qumarla bitən faciəvi həyatı

18:00 23 iyul 2026
“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

“Xalqın səsi, zamanın bayraqdarı”: Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə daha bir töhfə

17:30 23 iyul 2026
“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

“Mən bu gün öləcəyəm” – Dostoyevski ölüm yatağında həyat yoldaşına nəyi etiraf etmişdi?

15:00 23 iyul 2026
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olundu

14:55 23 iyul 2026
Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

Naxçıvan TV-nın sədr müavini işdən azad edildi

13:37 23 iyul 2026
Məşhur rejissor saxlanıldı

Məşhur rejissor saxlanıldı

13:00 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər