Azadlığın dövlətə və millətə heç bir faydası yoxdur - Aqşin Yenisey

Azadlığın dövlətə və millətə heç bir faydası yoxdur - Aqşin Yenisey
25 dekabr 2024
# 10:18

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqüdim edir.

Demokratiya və azadlıq bir-birinə zidd anlayışlardır.

Azadlıq utopiyadır, xəyaldır, fanatizmdir.

Demokratiya dövlətin millətlə hakimiyyət şərikliyini hədəfləyən strategiyadır.

Demokratik sistemdə dövlətin tərəf müqabili xalq deyil, millətdir. Dövlət öz millətini yaratmadan, yetişdirmədən demokratikləşə bilər, lakin ömrü uzun sürməz.

Millət yetişdirmək sərt dsiplin tələb edir. Yəhudilər və ərəblər üçün bu dsiplin şəriət idi. Hər iki qəbilə xalq üçün şəriət millətləşmə strategiyası idi.

Şəriət ilahi gücə əsaslanan siyasi doktrinadır. Yəhudilər və ərəblər ona görə demokratik mərhələyə keçə bilmədilər ki, allahı itirməkdən qorxdular.

Millət anlayışını eyni qana bağlamaq da doğru deyil. Millət "olar"ların deyil, "olmaz"ların əsasında formalaşan mütəşəkkül bir toplumdur.

Demokratiyanın "olmaz"ları daha çoxdur. "Olar"ları bol olan şey azadlıqdır.

Azadlığın dövlətə və millətə heç bir faydası yoxdur.

Azadlıq xalqa lazımdır!

# 3378 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər