Ayxan Ayvazın romanı təqdim olundu - Fotolar

Ayxan Ayvazın romanı təqdim olundu - Fotolar
7 iyun 2022
# 17:00

Yazıçı Ayxan Ayvazın "Pəncərəsiz" adlı yeni kitabının təqdimat mərasimi olub.

Kulis.az xəbər verir ki, təqdimat APA Group MMC-də baş tutub.

Tədbiri giriş sözü ilə açan Kulis.az saytının baş redaktoru, şair Ulucay Akif Ayxan Ayvazın romanı haqqında təəssüratlarını bölüşüb.

"APA Group"un prezidenti Vüsalə Mahirqızı Ayxan Ayvazın romanını ağrılardan qurtulma cəhdi kimi qiymətləndirib.

"Fikrimcə, Ayxan bu romanı içindəki ağrını çıxarmaq üçün və yeni mərhələyə adlamaq üçün yazıb. İnanıram ki, Ayxanın bundan sonrakı yaradıcılığında bu ağrılara yer olmayacaq və tamamilə yeni bir mərhələ və mətn hiss edəcəyik. Bu, təkcə Ayxanın yaradıcılığına deyil, bütövlükdə Azərbaycan ədəbiyyatından gözləntimdir", - deyə qeyd edib.

Çıxış edən yazıçı, jurnalist Mirmehdi Ağaoğlu romanın mövzusunun cəsarətli olduğunu qeyd edib: "Ayxan bu kitabında bizə hamımıza məlum olan və ağrısını illərdi içində daşıdığı intihar faciəsindən yazıb. Zənnimcə “Pəncərəsiz” həm də Ayxanın bu ağrılardan xilas cəhdidir, İnanıram ki, bundan sonra daha gözəl əsərlərlə bizi sevindirəcək".

Romanın müəllifi Ayxan Ayvaz isə romanın yazılmasının çətinliklərindən danışıb: "Bu roman 3 ilə yazılıb. Hesab edirəm ki, romanda demək istədiklərimin, heç olmasa, 60 faizinə nail olmuşam, yəni onlara mətn şəklində ifadə edə bilmişəm. Roman təbliğ olunarsa, müəyyən bir kütlə qazana bilər, mən buna inanıram".

Daha sonra Vüqar Babazadə, Rəvan Cavid, Murad Muradov, Samirə Əşrəf roman haqqında təəssüratlarını bölüşüblər.

Çıxışlar bitdikdən sonra müəllif oxucular üçün kitab imzalayıb.

# 3501 dəfə oxunub

Oxşar xəbərlər

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

Bred Pittin yeni layihəsinin musiqi heyəti açıqlandı

17:30 4 noyabr 2026
"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

16:00 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

15:00 4 noyabr 2026
"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

15:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər