Aydan Şener hansı azərbaycanlı məşhurun ölümünə kədərləndi?

Aydan Şener  hansı azərbaycanlı məşhurun ölümünə kədərləndi?
1 mart 2024
# 13:00

Bu gün məşhur türk aktrisa Aydan Şenerin doğum günüdür.

Kulis.az-ın məlumatına görə, əsl adı Məmnunə olan Aydan Nezir qızı Şener 1 Mart 1963-cü ildə Kilistə, əslən Krım tatarlarından olan bir ailədə dünyaya gəlib. Atası Nezir bəy musiqi müəllimi olub. O, öz şagirdi Ayhanla ailə qurub. Evin ilk uşağı olan Aydan dünyaya gələndə, anasının cəmi on yeddi yaşı olub.

***

Aydanın bir yaşı olanda, ailə Bursaya köçür. Bursada orta məktəbə gedən Aydan orta məktəb və kollec illərini başa vurandan sonra Türkiyədə keçirilən gözəllik yarışmasına qatılır. Yarışmaya qatılmasına səbəb isə atası olur. Belə ki, aktrisanın atası musiqi müəllimi olur. Günlərin birində vaxtilə Nezir bəyin şagirdi olan “Milliyyət” qəzetinin redaktorlarından biri Uzman Sağlık onlara qonaq gəlir. Görüş əsnasında Uzman bəy Aydan Şeneri görür və onu tezliklə keçiriləcək gözəllik yarışmasına dəvət edir. Atasının icazəsi ilə razılıq verən Aydan 1981-ci ildə Türkiyə gözəli seçilir.


Elə həmin il o, “Miss World” gözəllik yarışmasında Türkiyəni təmsil edir. Manekenlik sahəsində uğurlar əldə etsə də, o, bu sahəni sevmədiyini və ordan uzaqlaşmaq istədiyini açıqlayır.

***

1983-cü ilk aktrisalıq təcrübəsinə başlayır. “Küçük ağa” televiziya serialında Əminə roluna çəkilmək təklifi gəlir. Lakin filmə çəkilmək onun üçün asan olmur. Belə ki, dövrün məşhur futbolçularından hesab olunan Ayhan Akbinlə evlənməyə hazırlaşan aktrisaya sevgilisi tərəfindən yasaq qoyulur. Ancaq film heyətinin hədsiz inadından sonra Aydan filmə çəkilmək üçün razılıq alır.


Aktrisaya ən böyük uğuru 1986 ildə aktyor Kenan Kalavla birgə çəkildiyi “Çalıquşu” serialındakı Fəridə rolu olur. Bu filmlə Türkiyədə və qonşu ölkələrdə məşhurlaşan aktrisa sonralar aktrisalıq karyerasına teatr və seriallarda ifa etdiyi rollarla davam edir.

***

“Çalıquşu” filminin ardından gələn məşhurluqdan sonra aktrisa Ayhan Akbinlə ailə həyatı qurur. 1988-ci ildə onların Ecem adlı qızları dünyaya gəlir. Ancaq bir müddət sonra cütlüyün münasibətləri pozulur və onlar 1991-ci ildə boşanırlar. Aydan qızını tək böyütməyə qərar verir. Sonrakı həyatında aktrisa ikinci dəfə heç kimlə ailə həyatı qurmur. Bu barədə ona sual veriləndə deyir:

"Mən təkliyimi sevirəm. Həyatımda heç kimim yoxdur, tənhalığın dəbdəbəsini yaşayıram və çox xoşbəxtəm. İndi bu vəziyyətə çox öyrəşmişəm. Münasibətlərimin heç birinə uzun müddət davam edə bilmədim. Hər zaman günahı qarşınızda axtarmaq lazım deyil".

***


Aktrisa müxtəlif illərdə “Utanç Yılları”, “Samanyolu”, “İki Kız Kardeş”, “Hayatın İçinden”, “Sevgi Oyunu”, “Gül ve Diken”, “Ay Işığında Saklıdır”, “Ah Nalan Ah”, “Kasım” seriallarına, “Güvercin”, “Aşk Aynı Adreste”, “Yarın Geç Olmayacak”, “Oyun” adlı filmlərə çəkilib.


Aydan Şener "Yeşilçam"ın mənfi obrazları canlandırması ilə məşhurlaşan aktrisa Suzan Avcının bacısı qızıdır.

***

Aydan Şener inanılmaz dərəcədə heyvansevər bir insandır. Evində 27 heyvanla birlikdə yaşayan aktrisa hətta pişiklərindən biri öləndə hönkür-hönkür ağladığını deyir:

"Heyvanlarımın sayəsində günə çox gözəl başlayıram. Onlarla çox xoşbəxtəm. Heyvanlar məni xoşbəxt edirlər. 26 pişiyim, 2 itim vardı. Pişiyimin biri öləndə bir neçə gün ağladım, özümə gələ bilmirdim”.


Hazırda 59 yaşı olan aktrisa 40 yaşdan sonra ona ən çox ana rolları təklif olunduğundan bu rollardan imtina etdiyini dilə gətirərək deyir:

“40 yaşdan sonra Türkiyədə aktrisalara ancaq ana rolları verilir. Hətta bu, 38 yaşdan başlanır. Ana rolları olsun, amma ananın da bir həyatı, yaşantısı verilməlidir. Məhz bu səbəblə mən nə qədər rollardan imtina etmişəm”.

***

Aktrisa 2017-ci ildə Bakıda qonaq olub. Söhbət zamanı o, rejissor Şahin Zəkizadənin ölümündən məyus olduğunu dilə gətirib:
“Mənim rejissor dostum Şahin həyatdan köçüb. Onun ölüm xəbərini eşidəndə çox məyus oldum. Körpə uşaqları vardı, özü də çox cavan idi. Bütün ailəsinə başsağlığı verirəm. O, mənim çox sevdiyim dostlarımdan biri idi”.

Hazırda aktrisa kimi fəaliyyət göstərən qızı ilə birgə yaşayan aktrisanın ən böyük arzusu Sabahattin Alinin “Xəz paltolu Madonna” əsərində baş rolu ifa etməkdir.

# 1531 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #