Ayaz Salayev: “Onlar Azərbaycan xalqının düşmənidir"

Ayaz Salayev:  “Onlar Azərbaycan xalqının düşmənidir"
20 aprel 2023
# 14:30

“Biz kinoya baxıb kim olduğumuzu, tarixdəki rolumuzun nə olduğunu bilməliyik”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda kinorejissor Ayaz Salayev deyib.

Onun sözlərinə görə, “Kinonun əsas ölçüsü maddi gəlirdir” deyənlər, Azərbaycan xalqının düşmənidir: "Çünki biz görürük ki, buna yönələnlər millətin zövqünü necə korlayırlar. Digər bir qisim isə festivallara çıxmağın əhəmiyyətini qabardır. Lakin artıq təcrübə göstərir ki, müəyyən qüvvələr son illərdə Azərbaycan kimi ölkələrin mədəniyyətini istədiyi kimi formalaşdırmağa çalışır. Onlar istəyirlər ki, Azərbaycan ekranında göstərilən həyat onların həyat haqqında təsəvvürlərinə uyğun olsun".

Ayaz Salayev keçmişdə çəkilən filmlərin gözəl olması fikrinin çox geniş yayıldığını diqqətə çatdırıb: "Bir tərəfdən bununla razılaşmaq olar. Lakin digər tərəfdən də düşünək ki, Azərbaycan kinosu xalqımıza, ölkəmizə nə qədər borcludur".

O bildirib ki, insan daxili aləmi, zəngin hissləri ilə var olur: "Mən təkrar edirəm, biz artıq sovetlər dövründə yaşamırıq, müstəqil ölkəyik. Biz o filmlərdə azərbaycanlıların daxili aləmini, zəngin, mürəkkəb hisslərini görmüşük. "Bayatı-Şiraz”ı, "Küçələrə su səpmişəm" mahnısını yaradan xalq, onun təfəkkürü haradadır? Kim nə deyir, desin, millətin qaymaqları ziyalılardır. Bu gün Azərbaycan ziyalısı var. Onları təkcə Bakı şəhərində yox, kənd məktəblərində, poliklinikalarında görürəm. Bəs Azərbaycan ziyalısı ekranda niyə görünmür? Mən dəfələrlə bu misalı gətirirəm. Bizim müharibədə peşə borcunu yerinə yetirərkən şəhid olan qadın qəhrəmanlarımız var. Şəkillərinə baxırsan, gözləri nur saçır. Onların ekrana gətirilməsi kimin ağlına gəlir?"

# 6086 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər