Avstriyanın Azərbaycandakı səfirliyində xoş bir Nəsimi rüzgarı

Avstriyanın Azərbaycandakı səfirliyində xoş bir Nəsimi rüzgarı
6 dekabr 2024
# 14:24

Kulis.az Səadət Şıxıyevanın "Avstriyanın Azərbaycandakı səfirliyində xoş bir Nəsimi rüzgarı" yazısını təqdim edir.

Avstriyanın Azərbaycandakı səfiri cənab Tomas Shuller Götzburgun xanımı Tran Thi Khanh Trangın təşəbbüsü ilə Şərq və Qərbi birləşdirən körpülər silsiləsindən ilk tədbir keçirildi. Əslən vyetnamlı olan və beynəlxalq əlaqələr üzrə mütəxəssis xanım Trangın öz evində qonaqpərvərlik və Azərbaycana sevgiylə təşkil etdiyi tədbirin əsas mövzusu İMADƏDDİN NƏSİMİ, onun ədəbi və fəlsəfi şəxsiyyəti idi. Beynəlxalq əlaqələr qurulmasında fərqli formatlı bu tədbirin digər təşkilatçısı ixtisasca həkim olsa da, Nəsimi şəxsiyyəti barədə yetərincə məlumatlı olan Arzu xanım Rüstəmova idi. O və rəhbərlik etdiyi Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə Mərkəzinin əməkdaşlarının Avstriya səfirliyi ilə birgə əməyi nəticəsində dünən Nəsiminin adı bir daha yad olundu, təbliğ olundu, yenidən sevgi haləsinə büründü.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən bir çox səfirliklərin əməkdaşları dəvət olunmuşdu. Məqsəd Qərb və Şərqi birləşdirən ortaq mənəvi dəyərləri araşdırmaq idi. Fərqli formatda təşkil olunan tədbirin aparıcılığı xanım Tranga aid idi və o söhbəti müsahibə şəklində qurmuşdu. Müsahibəyə ilk dəvət olunan Liviyanın Azərbaycandakı səfirinin xanımı Dr. Hoda El Sayed Nasser təsəvvüf haqqında təsəvvür yaradaraq, təkcə doktorluq işinin deyil, ailəsinin də sufiliyə bağlı olduğunu, o mühitdə böyüdüyünü bildirdi, təsəvvüfün ana xətlərini açıqladı. Tədbirin ikinci qonağı isə mən idim. Xanım Trangın peşəkarlıqla verdiyi suallar əsasında Nəsimi və hürufiliyin dinlər və millət arasındakı ayrılığı deyil, barışdırıcılığı təbliğ etdiyini, Nəsimi və mənsub olduğu hürufiliyin təsir dairəsinə Balkanlardan Hindistanadək böyük bir coğrafiyaya aid söz və fikir insanlarının daxil olduğunu vurğuladım. Nəsimi və hürufiliyin Azərbaycanla bağlı olub geniş coğrafiyada eşq fəlsəfəsini təbliğ etdiyini, bu eşqin Yaradanla birgə yaradılmışa da yönəlik olduğunu nəzərə çatdırdım. Tədbirə dəvət olunan istedadlı xanəndə Səbinə Ərəbli və onu müşayiət edən musiqiçilər, həqiqətən, uğurlu çıxış edib müxtəlif ölkələrin təmsilçilərini heyran etdilər. Nəsiminin "Neylərəm", "Sığmazam" və digər əsərlərinin muğam üstə ifası məclisə fərqli bir rəng qatdı. Tədbirdə çıxışlar arasında Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi Erkən Müdaxilə Mərkəzinin təşkilatçılığı ilə tələbələrin Nəsiminin tuyuqlarını ingiliscə səsləndirmələri də dinləyicilərin rəğbət və marağına səbəb oldu.

Avstriya səfirliyinin bu təqdirəlayiq təşəbbüsü nəticəsində, zənnimcə, bir daha Nəsiminin ruhu şad oldu, dinləyicilər də onun EŞQ FƏLSƏFƏSİndən müəyyən qədər faydalana bildilər...

# 1945 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər