“Avroviziya 2023”ə ev sahibliyi edə biləcək şəhərlərin siyahısı açıqlandı

“Avroviziya 2023”ə ev sahibliyi edə biləcək şəhərlərin siyahısı açıqlandı
13 avqust 2022
# 13:30

Avropa Yayım Birliyinin (AYB) qərarına əsasən, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi etmək üçün İngiltərənin altı şəhəri və Qlazqo namizədlərin qısa siyahısına düşüb.

Kulis.az xəbər verir ki, bu barədə AYB ilə birlikdə qalib şəhəri seçəcək “BBC” Yayım Korporasiyası məlumat verib.

"Birminqem, Qlazqo, Lids, Liverpul, Mançester, Nyukasl və Şeffildi təbrik edirik. Böyük Britaniyanın hər yerindən gələn müraciətlərin müxtəlifliyi heyrətamiz idi", - deyə korporasiyanın nümayəndəsi Keyt Fillips bildirib.

Müsabiqəyə ev sahibliyi etmək üçün Böyük Britaniyanın 20 şəhəri tərəfindən müraciətlər olunub, onlardan yeddisi bu miqyasda tədbirlərin təşkilində təcrübəyə malik şəhərlər kimi seçilib. “BBC” tərəfindən qiymətləndirilərək bir sıra göstəricilər üzrə ən yüksək bal toplayan şəhər qalib olacaq. Müsabiqənin keçiriləcəyi şəhərin adı payızda açıqlanacaq.

Qeyd edək ki, Turində keçirilən 66-cı “Avroviziya” mahnı müsabiqəsində Ukraynanın hip-hop qrupu Kaluş Orchestra “Stefaniya” mahnısı ilə qalib olub. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ənənəyə görə, “Avroviziya” müsabiqədə qalib gələn ölkədə keçirilir. Ukrayna 2023-cü ildə “Avroviziya”ya ev sahibliyi etməyə hazır olduğunu bəyan edib, lakin AYB iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib. Bununla bağlı AYB Böyük Britaniyada müsabiqə təşkil etmək üçün “BBC” ilə danışıqlara başlayıb və razılıq əldə edib. Böyük Britaniya digər ölkələrdən fərqli olaraq səkkiz dəfə “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi edib. Sonuncu dəfə bu müsabiqə Böyük Britaniyada 1998-ci ildə keçirilib.

# 2880 dəfə oxunub

Oxşar xəbərlər

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı oldu - FOTO

13:16 14 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər