"Avatar" haqqında 11 inanılmaz fakt

"Avatar" haqqında 11 inanılmaz fakt
17 dekabr 2022
# 17:00

Kulis.az "Avatar" filmi haqqında 11 inanılmaz faktı təqdim edir.


1. “Avatar” filmi tarixdə 2,78 milyard dollarlıq rekordu qıran ilk filmdir.

Ceyms Kemeron karyerası ərzində bir neçə rekorda imza atıb. Rejissorun ilk maliyyə nailiyyəti 12 il ərzində tarixdə ən çox gəlir gətirən film olaraq qalan "Titanik" olub.2009-cu ildə onu kassada 2,78 milyard dollar qazanan "Avatar"əvəz edib.

2. Aktyor Matt Damon ən böyük aktyorluq haqqını əldən verib.

Bu yaxınlarda Damonun çəkildiyi video şəbəkədə yayıldı. O sözügedən videoda "Avatar" filmində çəkilişdən imtina edərək özünü tarixdə ən böyük aktyorluq qonorarından məhrum etdiyini etiraf etdi. Onun sözlərinə görə, Kemeron onu layihəyə dəvət edərkən qonorardan əlavə ona kassanın 10%-ni vəd edib. Bu da 280 milyon dollara bərabərdir. "Mən mütləq tarixə düşəcəyəm, çünki məndən çox pul itirmiş aktyor tapa bilməzsiniz" deyə Damon bildirib.

3. "Avatar" "Disney" cizgi filmindən ilhamlanıb.

Kemeron 1990-cı illərin ortalarında "Avatar" üçün ilk ssenari üzərində işləməyə başlayıb. Hindistanlı qız və kolonist Con Smitin məhəbbətindən bəhs edən "Disney"cizgi filmi "Pocahontas"a baxdıqdan sonra Kemeron əsgərin yeni bir dünyaya düşməsi və qeyri-adi planetin sakinlərindən birinə aşiq olmasını öz ssenarisinə əlavə edib.

4. Sem Uortinqton '"Avatar" filmində əsas rol oynamazdan əvvəl avtomobildə yaşayıb.

Avatar filminə çəkilməzdən əvvəl Uortinqton az-çox doğma Avstraliyada tanınsa da , onun Hollivud karyerası heç də nəticə yaxşı verməyib. Belə olduqda aktyor şəxsi avtomobilində yaşamağa məcbur olub. Avatarda iştirakı Uortinqtonun şəxsi və iş həyatını 180 dərəcə dəyişib.


5. "Üzüklərin hökmdarı"uğurlu alınmasa idi "Avatar" çəkilməyəcəkdi.

Ceyms Kemeron "Titanik" filminin çəkilişlərinə başlamazdan əvvəl "Avatar"ın ssenarisi üzərində işi tamamlayıb. Lakin o vaxt texniki imkanların olmaması səbəbindən 90-cı illərin sonlarında ideyasını həyata keçirməyə başlaya bilməyib.

Rejissor ilk dəfə "Avatar"ı xəyal etdiyi kimi çəkmək şansının olduğunu yalnız Piter Ceksonun "Üzüklərin Rəbbi" filmində Qollumu görəndən sonra anlayıb.

7. Na'vilərin niyə mavi olduğunu soruşduqda, Cameron onları anasının bir dəfə yuxuda gördüyü hündürboy mavi qadına uyğunlaşdırdığını bildirib.

Anası yuxusunu ona danışandan sonra rejissor bu obrazı bəyənib və onu hind tanrılarının görünüşünə uyğunlaşdırıb. Hindlilərin Vişnu, Rama və Krişna tanrıları ənənəvi olaraq mavi dəri ilə təsvir edilib. Üstəlik, “avatar” termininin özü də “tanrılığın bədən formasında təzahürü” mənasını verən sanskrit sözünə əsaslanır.

8. Yadplanetlilərin səsləri "Yura Parkı"ndankı dinozavrlardan götürülüb.

Filmdə fantastik canlıların uğultusu sizə tanış görünürsə, səbəbi Stiven Spilberqin "Yura Parkı"filmində bütün bu yırtıcı səsləri eşitdiyinizə görədir . "Avatar"da sözügedən filmdəki bütün səslərdən istifadə olunub.

9. "Avatar"a görə Çin Zhangjiajie parkının obyektlərindən birinin adını dəyişdirib.

"Avatar"ın qrafik dizayn komandası YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan Çinin Zhangjiajie Milli Parkında yerləşən sütun zirvələrinin görünüşündən ilhamlanaraq Pandoranın uçan qayalarını yaratdı . Bunlardan ən mənzərəli olan Cənub Səma Sütunu rəsmi olaraq 2010-cu ilin yanvarında Cameronun filminin şərəfinə "Avatar Halleluja" dağı adlandırılıb.

10. Film üçün orijinal Na'vi dili icad edilib.

Linqvist və Cənubi Kaliforniya Universitetinin müəllimi Paul Frommer "Avatar" üçün xüsusi olaraq 1000 sözdən ibarət unikal dil yaradıb. Filmin inanılmaz populyarlığının ardınca filmin pərəstişkarlarına üç ay ərzində qondarma Na'vi dilini mənimsəmələri üçün xüsusi vebsaytlar və veb proqramlar yaradılıb.

11. Film yayımlandıqdan sonra Ceyms Kemeron plagiatda ittiham olunub.

2011-ci ildə amerikalı rəssam Cerald Moravski Cames Cameron və onun 'Lightstorm Entertainment" şirkətini plagiatda ittiham edib. Moravski Kameronla 1991-ci ildə tanış olduğunu və daha sonra rejissora “Cənnətin mühafizəçiləri” adlı ideyasını danışdığını deyib. İdeyada rəssam tropik meşədə filiz çıxaran nəhəng varlıq haqqında hekayə yer alıb.Hekayəsi ilə "Avatar"ın süjeti arasında çoxlu oxşarlıq görən Moravski 700 milyon dollar təzminat tələb edib. 2015-ci ildə məhkəmə prosesi başa çatdı və hakim Marqaret Morrou Cameronun xeyrinə qərar çıxardı. Morrounun sözlərinə görə, Kemeron planının orijinallığını sübut edə bilib, eyni zamanda, Moravskiyə hansısa maddi ziyanın dəydiyinə dair heç bir sübut olmadığı üçün iş bağlanıb.


# 3588 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #