"Atmadığın böhtan qalmadı" - Flora Kərimova Afətə məktub yazdı...

Flora Kərimova, Xalq artisti, Afət Fərmanqızı, müğənni

Flora Kərimova, Xalq artisti, Afət Fərmanqızı, müğənni

23 may 2022
# 10:40

Kulis.az xəbər verir ki, Xalq artisti Flora Kərimova hazırda məhkəmə işi davam edən ifaçı Afət Fərmanqızına məktub ünvanlayıb. Məktubda bunlar qeyd edilib:

"Afət, sənə sonuncu dəfə sözümü 2019-cu ildə dedim! Bu daha bir son olsun! Bu zamana kimi mənim kimliyimin, düşüncəmin fərqində olmadan necə mənə savaş açırsan!? Necə məni özünlə eyni tərəziyə qoyursan?! Gülməli deyilmi?!

Başqasının ağlına arxalanıb ümidlərlə bəslənən Afət! 81 ildə sənin ağlına gəlməyən sınaqlardan, bacara bilməyəcəyin şərlərdən keçib, savaşlardan nəinki qalib, yaralanmadan çıxmışam. Sən indiyə kimi başa düşmədin ki, sənə ağıl verənlərin buynuzları mənim əlimlə qırılıb? Hansı təffəkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm? Kiminsə kölgəsi ola bilərəm?!

“Müxalifət Flora” deyib məqsədini “hesablayıb”, hansı nəticəni gözləyirsən? Kimlərisə öz məntiqinə görə şantaj edəcəksən və mən haqlı olduğum yolumdan yayınacam?! Bir gün birinə eyham vurursan, sabah başqasına... Budur yeganə çıxış yolun?

Əzbərlədiyin “açıqlayacam”, “mənə göndəriblər”, “Əlimdə faktlarım var” boş-boş hədələdiyin əməllərdən nə vaxt keçəcəksən? Nə gözləyirsən, nədir səni saxlayan? Məni məhkəməyə “verirmişəm” deyib, indiyə kimi sənə cinayət işi açılan məhkəməyə gələ bilməyəcək qədər cəsarətsizsən.

"Ad çəkmirəm" deyib ağlına görə Ruhi Əliyevaya, Nazəninə atmadığın böhtan qalmadı. Bu hal hamilə qadının halından çox “dövrdən” kəsilən qadınları xatırladır. Məndən öncə kiminlə ədavətin olub, kimlər səni çeynəyib, kimlər səni əzib bunun mənə nə aidiyyatı var? Sən şükür elə sənə yazıqları gəlib atdığın şərlərə görə məhkəməyə vermirlər.

Bugünki gülünc “səs-küyün”, TikTokda, instaqramda sifarişli paylaşımlar çarəsizliyinin və məğlubiyyətinin göstəricisidir. Bu xirdaçılığınla mənim adımdan hərif əskiləcək?

İki il… Düz iki il susdum ki, bəlkə gəvəzəliyinə son qoyasan. Səninki kin deyildi, səninki susmağımı özünə qalibiyyət bilib “zəfərinlə” öyünmək idi.

Qadınlığına, oğluna yazığım gəldi ki, anasının düşməni mən olmayım. Hər kim olsan belə anasısan. Mən də oğul anasıyam. Bunu sən başa düşməyəcək qədər sadəlövhsən. Sənin özünün-özünə elədiyin pisliyi heç kim sənə etmədi. Adımdan özünə ad elədin, hörmətimdən özünə hörmət görə bildinmi? Yenə təkrar edirəm sənin nə ölündən əl çəkənəm, nə də ölüm səndən əl çəkər. Tanrı möhlət verərsə, hər kəlmənin haqq - hesabını çürüdəcəm. Gizlənməyin, qacmağın başqa sifəti var? Bir gün olmaramsa, mən bəziləri kimi sonsuz deyiləm. Oğlum var, qızım var, varislərim var... Onlar sənin şərlərini mənim üzərimdə saxlayan deyil. Sənin isə iki yolun var: ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən".

# 4825 dəfə oxunub

Oxşar xəbərlər

Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

Göbəklitəpənin tarixi mirasını miqrant uşaqların taleyi ilə birləşdirən film təqdim olundu

18:02 17 noyabr 2026
Tural Turan beynəlxalq mükafata layiq görüldü

Tural Turan beynəlxalq mükafata layiq görüldü

17:32 17 noyabr 2026
Gənc aktrisa vəfat etdi

Gənc aktrisa vəfat etdi

17:14 17 noyabr 2026
Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

Klimtin əsəri hərraca çıxarılır - 80 milyon dollara

16:39 17 noyabr 2026
"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

"İndiki övladlar valideynlərinə bankomat kimi baxırlar" - Seyran Səxavətlə müsahibə

16:22 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər