Atasız qalıb fəhlə işlədi, gənc yaşda general oldu, müəmmalı şəkildə öldürüldü - Həzi Aslanov haqqında 10 maraqlı fakt

Həzi Aslanov, general-mayor, Sovet İttifaqı Qəhrəmanı

Həzi Aslanov, general-mayor, Sovet İttifaqı Qəhrəmanı

24 yanvar 2022
# 12:00

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir.

1. 13 yaşında atasını itirib. Ev başsız qalıb deyə Həzi qollarını çırmalayıb işə girişib. Əvvəl kərpic zavodunda fəhlə işləyib, sonra isə onu Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndəriblər.

2. Komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilən Həzi qısa müddət Zaqafqaziya hərbi hazırlıq məktəbinin “rota qəzeti”nin redaktoru olub. 1937-ci ildə isə Ukrayna SSR-in Obruç şəhər sovetinin deputatı seçilib.

Həzi Aslanov » VƏTƏN UĞRUNDA - Hərbi-Vətənpərvərlik Şurasının İnternet  Orqanı

3. 1933-cü ildə həyat yoldaşı Xavər xanımla Lənkəranın Gərmətük qəsəbəsində tanış olurlar. Xavər xanım xatirələrində həmin günü belə qeyd edib: “1933-cü ilin yazı idi, alça ağacının gül açan vaxtı idi. Pəncərə önündə oturmuşdum. Birdən gördüm bir hərbiçi mənə baxır. İki gündən sonra mənə elçi gəldi. Onlar məni Həzi üçün istədilər”. Həzi Aslanov 1933-cü ildə ailəsini də özü ilə Obris şəhərinə aparır. Onun Xavər xanımla evlilikdən 1934-cü ildə Tofiq, 1938-ci ildə Arif adlı oğlanları dünyaya gəlir.

4. Həzi Aslanov hərbçi kimi zəhmli və sərt olsa da, onu tanıyanlar Həzinin həddən artıq zarafatcıl və yumor hisli olduğunu, tez-tez zarafatlar etdiyini söyləyiblər.

Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü

5. 32 yaşında Sovet İttifaqı Qəhrəmanı, 34 yaşında general olub. 1983-cü ildə Azərbaycan televiziyasının sifarişi ilə M.Bağırov Həzi Aslanov barədə film çəkir. (General haqqında ilk filmini o, 1967-ci ildə çəkib). Filmin baxışında iştirak edən veteranlarla görüş zamanı ilk dəfə olaraq Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunması barədə məlumat səslənir. Xatırladaq ki, Stalinqradın azad olunmasında Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri olub.

6. 1945-ci ildə bütün müttəfiq Respublikalarda Müdafiə Nazirlikləri yaranan zaman, Mircəfər Bağırov onu Azərbaycanın Müdafiə Naziri təyin etmək haqqında fikir bildirib. Həmin vaxt Nazirlər Sovetinin sədri olan Teymur Quliyev bildirib ki, hazırda müharibə gedir, Həzi Aslanova icazə verməzlər, o, döyüşdədir. Bağırov Stalinə zəng edib Həzi Aslanovun Azərbaycana gəlməsi üçün icazə alır.

7. Onu ilk təbrik edən SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan olur. O Həzi Aslanova deyir “Həzi, səni təbrik edirəm, sən sabah Azərbaycan Kommunist Partiyasının sərəncamına getməlisən, səni Azərbaycana müdafiə naziri təyin edirlər. Ancaq sabah biz hücuma hazırlaşırıq. Mən istərdim ki, sən özün hücumu planlaşdırasan”. Həzi təklif edir ki, almanlardan qənimət götürülən altılüləli minamyot orta cinahda yerləşdirilsin və düşmənə atəş açsın. Səhərisi gün Həzi Aslanov Bakıya getməli idi. Onun bir yük maşını vardı, dincəlmək üçün həmin maşını yaşayış otağına çevirmişdi. Ora gedir, çəkmələrini çıxarır ki, rahatlansın. Aradan 20-25 dəqiqə keçməmiş o altılüləli minamyotdan çıxan altı mərmi Həzi Aslanovun olduğu maşına dəyir.

8. Həzi Aslanov 1941-ci ildə Tulada bütün ailə üzvlərini itirən bacı-qardaşın ağladığını görür. Uşaqların kimsəsiz qaldığını öyrənən Həzi niyə uşaqları uşaq evinə aparılmadığını soruşur. Ona uşaq evində yer olmadığı deyilir. Bütün işini-gücünü atıb uşaqları özü uşaq evinə aparır və yerləşdirir. Tez-tez bu uşaqlara baş çəkir. Bir gün qız ağlayaraq Həzi Aslanovu qucaqlayıb qardaşının öldüyünü bildirir. O, dərhal tapşırıq verib ki, bu qıza baxın, məktəbi bitirsin, universitetə daxil olsun. Həmin qız indi Almaniyda yaşayır, akademikdir.

9. Başqaları tankda lyuku örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirmiş. O, özünü Allahın saxladığı insan kimi hiss edirmiş, ölümdən qorxmurmuş. Akademik Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz.

10. Həzi Aslanov yaralı olduğu zaman həkimi, hadisənin şahidi olan 35-ci həkim-sanitar xidmətinin komandiri mayor Georgi Beqişvili qeyd edir ki, yardıma gətirilən zaman Həzi Aslanov huşsuz olub. O, sağ böyrək ətrafından ağır zədə almışdı. Çoxlu qan itirən generala Beqişvili donorluq edir və onun qanını Həzi Aslanova köçürürlər:

"Bir qədər sonra general özünə gəldi. Vəziyyəti getdikcə yaxşılaşırdı. Səhəri gün artıq vəziyyəti xeyli yaxşılaşmışdı. Biz qərara gəldik ki, onu bizdən cəmi 900 metr aralıda yerləşən səhra hospitalına göndərək. İki saat müddətində biz generalı səhra hospitalına çatdırdıq". Həzi Aslanov 24 yanvar 1945-ci ildə Mitava şəhəri yaxınlığında müəmmalı şəraitdə həlak olur.

# 2844 dəfə oxunub

Oxşar xəbərlər

# # #