Atasının ölümünü ondan gizlətdilər, avtomobilinin şüşələrini sındırdılar, ölkəsini tərk etdi – Bacısı onun üçün niyə hönkür-hönkür ağladı?

Atasının ölümünü ondan gizlətdilər, avtomobilinin şüşələrini sındırdılar, ölkəsini tərk etdi – Bacısı onun üçün niyə hönkür-hönkür ağladı?
14 noyabr 2022
# 12:35

Kulis.az müğənni İradə İbrahimova haqqında maraqlı faktları təqdim edir.


İradə İbrahimova 3 aprel 1980-ci ildə Bakı şəhərində doğulub. Ailədə üç bacı olublar. İradə evin ortancıl uşağı olub. O, uşaq yaşlarından musiqini sevib. Hələ uşaq vaxtlarından ailədə azdanışan, sakit təbiətli olan bu qızın hərdənbir qonşu uşaqların təşkil etdiyi "konsert proqramlarındakı" çıxışları çox təəccüblə qarşılanıb. Balaca, zərif, mehriban və utancaq qızın əlinə mikrofona bənzər bir əşya alıb konsert verməsi utancaqlığı ilə üst-üstə düşməsə də, daxili, qəlbdən gələn arzu, istək, istedad yavaş-yavaş özünü büruzə verib. Qonşular hətta ona Zeynəb Xanlarova deyirmişlər.

***

İradə İbrahimova orta məktəbi başa vurandan sonra Xəzər universitetinə daxil olur. Tələbəlik illərindən musiqi ilə məşğul olmağa başlayan İradə müxtəlif tədbir və konsertlərdə müğənni kimi çıxışlar edir.

1995-ci ildə Azərbaycan Dövlət televiziyasındakı "Ümid-95" adlı müsabiqə, İradə İbrahimovanın professional səhnəyə ilk vizit kartı olur. Bu müsabiqədə laureat olan İradə artıq seçəcəyi yolu müəyyən edir. Ancaq ana-atası onu tam başqa peşə sahibi kimi görmək istəyirdilər. Valideynləri onun bu çıxışlarına, hətta ara-sıra qohum-qonşu məclislərində oxumasına belə keçici həvəs kimi baxırdılar və hesab edirdilər ki, bütün bunlar övladlarının uşaqlığından qalan xoş bir xatirə olacaq.

***

2002-ci ildə ifa etdiyi "Get" mahnısı İradə İbrahimovanın Azərbaycanın musiqi aləmində olan yerini birdən-birə bir xeyli ucaltdı. Aylarla xit-paradlarda ən yüksək yerlərdə qalan bu mahnının sözləri türk şairəsi Ayşə Yılmaz Birgülə, musiqisi isə Gövhər Həsənzadəyə aiddir.


2001-ci ildə professional səhnəyə ilk addımlarını atarkən o, bəstəkar Xanım İsmayılqızı ilə işləyib. Onun ilk "Qəm qalası" adlı albomu da bu bəstəkarla olan müştərək işin məhsuludur. Repertuarında retro və xalq mahnılarından əlavə, 50-dən yuxarı məhz onun özü üçün yazılmış mahnılar var.

***

Müğənni 2003-cü ildə Türkiyəli iş adamı Ceyhun İzerlə tanış olur. Ceyhun bəy Türkiyədə yaşadığından Bakıya, İradə xanım isə Bakıda karyera qurduğundan Türkiyəyə köçə bilmir. Ancaq 2009-cu ildə onlar ortaq qərar qəbul edərək ailə həyatı qururlar. Sənəti barədə heç bir qadağa ilə üzləşməyən İradə İbrahimova ailə qurandan sonra Türkiyəyə köçür. Bu evlilikdən sənətçinin İpek adlı bir qızı, Ali adlı bir oğlu dünyaya gəlib. Qızı dünyaya gələndə, müğənni doğum anını videoya çəkdirir.

Müğənni ailə qurduğu dövr haqqında müsahibələrinin birində belə deyir:

"Mən bir dəfə ailə həyatı qurmuşam. Deyirlər ki, ikinci dəfə ailə qurmuşam. Övladlarım İpək başqa, Əli başqa kişidəndir. Bunlar şayiədir. Həyat yoldaşım Ceyhun məni şoka saldı, bir anda arıqladı və başqa insan oldu. Gözümü qaraldıb ikinci övladımı dünyaya gətirdim. Əslində, mən 4 övlad istəyirəm. Ərə gedəndə sənətimin zirvəsində idim. Gün ərzində 10 verilişə qatılırdım. Fikirləşirəm, indiki durumda onu bacarmazdım. Bir dəfə proqramda oxuyanda maşınımın şüşəsini sındırıb çantamı oğurlamışdılar. İşə polis qarışdı. Həmin gün də ATV kanalında bir işçinin toyuna çağrılmışdım. Gedə bilmədim. Kanaldan da elə bildilər hörmətsizlik etmişəm və mənə bir müddət qadağa qoydular".

Qalmaqaldan və söz-söhbətdən uzaq olmağa çalışsa da, müğənni zamanla həmkarları ilə olan mübahisələrlə gündəmdə olub. Müğənninin ən səs-küylü qalmaqalı həmkarı Röya ilə olub. Belə ki, Röya Türkiyədə Altun kelebek yarışmasından mükafat əldə edəndən sonra İradə İbrahimova “Röya Türkiyədə məşhur ola bilməyəcək” sözlərini deyib. Röya isə qarşılığında onu “İradə xala” adlandırıb.

***
2010-cu ildə müğənninin atası ağır xəstəlikdən dünyasını dəyişir. Həmin ərəfədə İradə ana olmağa hazırlaşır. Bu faktı nəzərə alaraq ailəsi, ana olana qədər atasının ölümünü ondan gizlədir. İradə bu barədə bir də qırx gün sonra xəbər tutur.

Hazırda Türkiyədə yaşayan, tez-tez Bakıya qonaq gələn müğənni həm də məşhur vizajist Nigar İbrahimovanın bacısıdır. Nigar İbrahimova müsahbələrinin birində qeyd edir ki, bacısı ailə qurub Türkiyəyə köçdüyü zaman onun sənətini davam etdirməməsinə ən çox üzülənlərdən biri olub. O, hətta günlərlə bacısının paltarları ilə dolabın qarşısında əyləşib hönkür-hönkür ağladığını etiraf edib.

# 31641 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #