"Atam casus olub" - Ceki Çandan etiraf

"Atam casus olub" - Ceki Çandan etiraf
2 iyun 2025
# 14:20

Ceki Çan uzun fasilədən sonra ictimaiyyət qarşısında görünüb və ailəsi haqqında xatirələrini bölüşüb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, əfsanəvi aktyor nadir ailə fotosunu göstərib və atasının böyük sirrini necə öyrəndiyini danışıb. Ceki Çan atasının ona casus keçmişini ilk dəfə etiraf etdiyi anı xatırlayıb.

71 yaşlı döyüş filmlərinin ulduzu atasının keçmişini gözlənilmədən öyrənib. O zaman aktyorun 40 yaşı olub. Atası maşında ona tərəf dönərək bir sirri paylaşmaq istədiyini bildirib.

“Atam birdən dedi: “Oğlum, mən artıq qocalmışam. Yata bilərəm və bir daha oyanmaya bilərəm”. Mənim atam casus olub”, - Ceki Çan bildirib.

Jackie Chan Yakışıklı Babasına Gösteriyor: O Bir Casustu (Fotoğraf)

Aktyor atasının etirafından şoka düşüb və əvvəlcə onun izahlarını dinləyə bilməyib. Ancaq bir neçə saat sonra daha çox məlumat öyrənmək qərarına gəlib.

“Atam çox yaraşıqlı kişi idi”, - Ceki Çan əlavə edib.

2003-cü ildə çəkilmiş sənədli filmə görə, Cekinin atası Çarlz Çan (əsl adı – Fan Daolonq) 1940-cı illərdə Çində vətəndaş müharibəsi dövründə hökumət üçün casus işləyib. Onun anasının da qaranlıq keçmişi olub. O, Şanxayda heroin qaçaqmalçısı və qumarbaz imiş.

Ceki, anasının onun aktyorluq fəaliyyəti ilə bağlı münasibətini də danışıb. Ana oğlunun təhlükəli tryuklarını görəndə filmlərini izləməyə davam etməyib.

Jackie Chan Yakışıklı Babasına Gösteriyor: O Bir Casustu (Fotoğraf)

“Başlayardı, mən tryuk edəndə üzünü çevirərdi. Kimi döyürdümsə, baxmaq istəmirdi. Məni döyəndə də baxmaq istəmirdi. Bir dəfə də olsun filmimi axıra qədər izləməyib”, - o bölüşüb.

Döyüş filmlərinin ulduzu izləyicilərini yeni filmlərlə sevindirməyə davam edir. Yaxınlarda o, “Karate Kid: Əfsanələr” filmini təqdim edib.

# 1376 dəfə oxunub

Oxşar xəbərlər

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

18:33 9 sentyabr 2026
Firuzə İbadovanın son vəziyyəti - Qızından açıqlama

Firuzə İbadovanın son vəziyyəti - Qızından açıqlama

18:00 9 sentyabr 2026
“Snoop” filminin yayım tarixi açıqlandı

“Snoop” filminin yayım tarixi açıqlandı

16:30 9 sentyabr 2026
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan tutuldu

Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyefi oğurlayan tutuldu

16:19 9 sentyabr 2026
Məşhur pilotun həyatı ekranlaşdırılacaq

Məşhur pilotun həyatı ekranlaşdırılacaq

16:00 9 sentyabr 2026
Xalq artisti Aleksandr Şarovski dəfn edildi - Yenilənib

Xalq artisti Aleksandr Şarovski dəfn edildi - Yenilənib

15:50 9 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər