“Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin qalibləri elan edilib

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin qalibləri elan edilib
1 avqust 2024
# 12:48

Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü il yanvarın 31-də elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi müsabiqəsinin qalibləri müəyyən olunub Müsabiqə üçün məhz bu mövzunun seçilməsində əsas məqsəd Vətən müharibəsində arxa cəbhədə olan sadə insanın həyatında müharibənin əks-sədasını göstərmək, qazanılan qələbədə onların oynadığı rolun böyüklüyünü tarixə həkk etməkdir.

Kulis.az xəbər verir ki, qəbul müddəti 1 may tarixində bitmiş müsabiqəyə 50 ssenari qəbul olunub. Finalçıların adları iyunun 30-da elan edilib. Kinorejissor Vaqif Azəryar, ssenarist, pedaqoq, münsiflər heyətinin sədri Nadir Bədəlov, rejissor, prodüser Əli İsa Cabbarov, ssenarist, təlimçi Pərviz Məmmədov, kinoşünas Sevda Sultanovadan ibarət münsif heyətinin qərarı ilə birinci və ikinci yer üçün qalib ssenari təltif edilməyib, dörd ssenari üçüncü yerin qalibi elan edilib. Qalib ssenariləri əlifba sırası ardıcıllığı ilə təqdim edirik:

“Qısa paslar, uzun peşmanlıqlar” – Hacı Səfərov

“Əsgər çəkmələri” – Leyla Nəsibli

“Köhnə soba” – Asif Qəhrəmanov

“Tarla qızları” – Elxan Xanəlizadə


Qalib ssenarilərin hər biri, üçüncü yer üçün müəyyən edilmiş 1000 AZN məbləğində mükafatlanırlar.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir. Katiblikdən bildiriblər ki, ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayırlar, hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayırlar.

# 2116 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış model 34 yaşında vəfat etdi

Tanınmış model 34 yaşında vəfat etdi

15:30 20 oktyabr 2026
Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edildi

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş mahnı-klip təqdim edildi

14:00 20 oktyabr 2026
Azərbaycanın “Qarabağ xalçası”  Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasında

Azərbaycanın “Qarabağ xalçası” Lima Metropoliten Muzeyinin mədəni irs kolleksiyasında

13:30 20 oktyabr 2026
Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

Qızını itirdi, özü ağır xəstə idi, amma yenə səhnəyə çıxdı – Şövkət Ələkbərova kimdir?

13:00 20 oktyabr 2026
Miri Rəsulzadənin yeni kitabı çap olundu

Miri Rəsulzadənin yeni kitabı çap olundu

12:59 20 oktyabr 2026
Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

Azərbaycan əsilli rusiyalı reper Navai Qazaxıstandan deportasiya olundu

12:53 20 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər