“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir
23 fevral 2024
# 16:16

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı ssenari müsabiqəsi davam edir.

Kulis.az xəbər verir ki, müsabiqənin məqsədi müharibənin taleyüklü dövründə sadə vətəndaşların mübarizəyə qoşulmasını və arxa cəbhə qəhrəmanlarının cəmiyyətə kino dili ilə tanıdılmasıdır.

Janr məhdudiyyəti olmayan müsabiqəyə təqdim olunan nümunələrin xronometrajı 52 dəqiqəni keçməməlidir.

Ssenarilər (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), əlaqə telefonu və e-mail ünvanı) birlikdə elektron variantda [email protected] e-mail ünvanına “Arxa cəbhənin insanları” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə təqdim etməlidir. Bir müəllif maksimum üç ssenari təqdim edə bilər.

Müsabiqəyə son müraciət tarixi 1 may 2024-cü ildir. İlk seçimdən keçən ssenarilər 1 iyul 2024-cü il tarixində, qalib ssenarilər isə Kino Günü – 2 avqust 2024-cü ildə elan olunacaq.

I, II və III yeri tutanlara müvafiq olaraq 2000, 1500 və 1000 AZN mükafat nəzərdə tutulub.

# 558 dəfə oxunub

Oxşar xəbərlər

"Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı

"Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı

12:03 16 aprel 2024
Gülünün gözəlliyi bir yana... – İlham Əzizin hekayəsi

Gülünün gözəlliyi bir yana... – İlham Əzizin hekayəsi

11:33 16 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:30 16 aprel 2024
“Humayla” adlı ilk solo konsert təqdim olunacaq

“Humayla” adlı ilk solo konsert təqdim olunacaq

11:00 16 aprel 2024
"İlk telefonumu mənə o almışdı..." - Tom Kruzun 19 il  hədiyyə göndərdiyi həmkarı

"İlk telefonumu mənə o almışdı..." - Tom Kruzun 19 il hədiyyə göndərdiyi həmkarı

19:00 15 aprel 2024
Məlumat lövhələrinin dizaynının hazırlanması ilə bağlı müsabiqə elan olundu

Məlumat lövhələrinin dizaynının hazırlanması ilə bağlı müsabiqə elan olundu

18:50 15 aprel 2024
# # #