ARKA "Narqız" filmi ilə bağlı məlumat yaydı

ARKA "Narqız" filmi ilə bağlı məlumat yaydı
26 mart 2024
# 10:47

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən 18 iyul 2023-cü il tarixində elan olunan Film layihələri müsabiqəsinə tammetrajlı və qısametrajlı - bədii, sənədli, animasiya filmi layihələrinin qəbulu həyata keçirilib.

Kulis.az xəbər verir ki, kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihəsinin əqli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə və tələb olunan digər sənədlərlə birlikdə müsabiqəyə layihələrini təqdim ediblər.

Müsabiqənin bütün mərhələləri üzrə məlumatlar ictimaiyyətə açıq formada paylaşılıb. Qaydalara əsasən Seçim Komissiyası, daha sonra Ekspert şurasının yekun rəyinə əsasən qalib layihələr elan edilib.

Layihələrin təqdimat mərhələsində (pitçinq) Seçim Komissiyası, Ekspert şurası ilə yanaşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi də müşahidəçi qismində iştirak edib.

Qalib şirkətlərlə müqavilələrin bağlanması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən müvafiq qaydada icazə alınıb.

Ümumilikdə müsabiqənin bütün mərhələləri tam şəffaf və qanunamüvafiq qaydada həyata keçirilib.

"Qeyd edək ki, müsabiqənin qalib layihələrindən olan “Narqız” qısametrajlı animasiya filmi layihəsinin müstəsna əqli mülkiyyət hüquqları Rəşid Ağamalıyevin rəhbəri olduğu “PERİ FİLM” MMC-ə məxsusdur və başqa şirkət tərəfindən çəkilişi həyata keçirilə bilməz.

Animasiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihələrinə dövlət dəstəyi almaq istəyirlərsə, cari ildə keçiriləcək müsabiqəyə layihələrini təqdim etməsi tövsiyə olunur", - məlumatda qeyd edilib.

# 2406 dəfə oxunub

Oxşar xəbərlər

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

12:30 12 sentyabr 2026
Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

11:53 12 sentyabr 2026
Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

11:30 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər