Aqşin Yenisey: "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

Aqşin Yenisey:  "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"
4 oktyabr 2024
# 16:36

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Ölkədə keçirilən Beynəlxalq kitab sərgisinə cəmiyyətdə heç bir maraq yoxdur. Niyə?

Biz cəmiyyəti mədəniyyət adı altında filoloji hannibalizmə öyrəşdirmişik. Mədəniyyət keçmişdə baş vermiş hadisədir bizə görə. Mədəniyyət hadisəsi indi və gələcəkdə baş verə bilməz.

Ən yaxşı şair, filosof, mütəfəkkir ölü olandır. Mədəniyyətimiz hər yerdə ölü şairlərin, filosofların, mütəfəkkirlərin "ətini" yeyir.

Azərbaycan dünya mədəniyyətdə ölülərlə təmsil olunur. Mədəni sərgilərə ölülər göndərilir, dünya dillərinə ölüllərin kitabları çap olunur, beynəlxalq mədəni mühitdə bircə dənə də diri azərbaycanlı yoxdur.

Bu yaxınlarda TRT kanalında iki türk ədəbiyyatşünas Azərbaycan ədəbiyyatından danışırdı; onların nitqində Azərbaycan ədəbiyyatını ən gənc şairlər olaraq rəhmətlik Bəxtiyar Vahabzadə və Məhəmməd Hüseyn Şəhriyar təmsil edirdi. Son sözləri bu oldu ki, müasir Azərbaycan ədəbiyyatı hələ çox qədimdir.

Teatrların, sərgilərin, mədəni tədbirlərin azərbaycanlısız qalmasının ən dərin səbəbi budur: dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz inancı.

Mədəniyyət oksigen ehtiyacından qurtulmuşların yaratdıqlarıdır.

Azərbaycan vətəndaşı öz müasirinin yaxşı roman yazacağına, yaxşı film çəkəcəyinə, yaxşı müsiqi bəstələyəcəyinə, yaxşı obraz yaradacağına inanmır!!!

Ona görə bütün ictimai sərmayə ölülərə yatırılır.

Çünki milli-mədəni hannibalizm bizi ən dadlı estetik qidanın ölülərin "əti" olduğuna inandırıb.

Kitab sərgisinə insanların maraq göstərməməsi bu günə qədər mədəniyyət adı altında gördüyümüz işlərin nəticəsidir.

# 3415 dəfə oxunub

Oxşar xəbərlər

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

Elnarə Akimova: "Biz dərsliklərimizə ən müqəddəs dəyərlərimizi yerləşdirməliyik"

19:40 13 noyabr 2026
Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

Milyonlarla dollar qazanan Hollivud ulduzlarının adları açıqlandı

18:40 13 noyabr 2026
Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

Nikol Kidman Fəxri "Sezar" mükafatı ilə təltif olunacaq

17:57 13 noyabr 2026
"Ulduz müharibələri" filmində  istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

"Ulduz müharibələri" filmində istifadə olunan işıq qılıncı rekord qiymətə satıldı

17:26 13 noyabr 2026
Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

Azərbaycan musiqisi adı ilə süni intellekt əsərləri təqdim olunur? – Firəngiz Əlizadədən sərt açıqlama

16:51 13 noyabr 2026
“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

“Bizə formal sərgilər lazım deyil” – Fərhad Xəlilovdan sərgi təşkilatçılarına irad

16:43 13 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər