Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək

Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək
26 sentyabr 2024
# 18:00

Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur.

Kulis.az xəbər verir ki, bununla əlaqədar Türkiyənin Qazi Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Türk Kültürünü Araştırma İnstitutu və Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Ankarada Beynəlxalq Füzuli Simpoziumu keçiriləcək.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, beynəlxalq simpoziumda dahi şair Məhəmməd Füzulinin həyatı, yaradıcılığı, əsərləri, onun Türk mədəniyyətindəki yeri, Türk dili və ədəbiyyatına təsirinə dair akademik səviyyədə məruzələr dinləniləcək, Füzulu yaradıcılığına dair aparılmış tədqiqatlar təqdim olunacaq və müzakirələr aparılacaq. Beynəlxalq simpoziumda Azərbaycan və Türkiyədən füzulişünas-alimlər, tədqiqatçılar, universitet müəllim və tələbələri iştirak edəcəklər.

Türkiyədəki Azərbaycan səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Məhəmməd Füzuliyə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya təqdim ediləcək. Azərbaycanlı müğənni, Beynəlxalq Muğam Mərkəzinin solisti, VI “Muğam” müsabiqəsinin qalibi Almaxanım Əhmədli Füzuliyə həsr olunmuş musiqi nümunələrini və “TRT Türkü” radio kanalının “Azerbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər dahi şairin əsərlərindən şeirlər ifa edəcəklər.

# 1915 dəfə oxunub

Oxşar xəbərlər

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

Gələcəyin memarlarına kim nümunə göstərilir? – Şərurlu İsfəndiyarın tələbələrlə görüşünün müəmması

18:44 12 noyabr 2026
"Qərb-Şərq divanı – Göte və Mövlana"  adlı konsert proqramı təqdim olunacaq

"Qərb-Şərq divanı – Göte və Mövlana" adlı konsert proqramı təqdim olunacaq

18:43 12 noyabr 2026
Mişel Uelbek  haqqında cinayət işi açıldı – Təfərrüatlar

Mişel Uelbek haqqında cinayət işi açıldı – Təfərrüatlar

18:05 12 noyabr 2026
Kriştiano Ronaldonun studiyası  ilk serial layihəsinin çəkilişlərinə başladı

Kriştiano Ronaldonun studiyası ilk serial layihəsinin çəkilişlərinə başladı

17:32 12 noyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

17:04 12 noyabr 2026
"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

"Netflix"dən yeni layihə - Cinsi zorakılıqda təqsirləndirilən aktyor barədə

16:37 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər